Nikola Sarkozinin arvadı dindirilib - Qəddafidən alınan pullara görə...
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin xanımı Karla Bruni-Sarkozi dindirilib. Nüfuzlu “Le Matin Suisse” saytının məlumatında qeyd edilir ki, keçmiş birinci xanım şahidləri ələ almaqda və cinayətkar qrupa qoşulmaqda ittiham edilir. Söhbət 2007-ci ildə prezident seçkiləri kampaniyasında Sarkozinin Liviya fondları vasitəsilə maliyyələşdirilməsi işindən gedir.
Təhqiqat çərçivəsində Karla Bruni polis nəzarətinə götürülüb və onun prosesdəki digər şəxslərlə istənilən əlaqəsi qadağan edilib.
Mətləb Salahov