ABŞ-ın 30 il öncəki gizli Ukrayna planı üzə çıxdı!
ABŞ-ın Ukrayna siyasəti ilə bağlı gizli sənəd üzə çıxıb. Sən demə 1994-cü ildə ABŞ hakimiyyəti gizli şəkildə Ukraynanın NATO-ya qoşulması məsələsi üzərində işləyirmiş. Bu barədə ABŞ hökumətinin məxfilikdən çıxarılmış sənədlərində göstərilib.
Sənəddə qeyd olunub ki, Bill Klinton administrasiyasında ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi vəzifəsində çalışmış Entoni Leykin müəllifi olduğu “NATO-nun genişlənmə planları”na dair sənədə əsasən Vaşinqton NATO-nun Mərkəzi və Şərqi Avropa ölkələrinə genişlənməsini əhatə edən, lakin bununla məhdudlaşmayan inteqrasiya olunmuş və inklüziv təhlükəsizlik sistemi yaratmağa ümid edirmiş.
“Ukrayna və Baltikyanı ölkələrin NATO-ya üzvlük imkanlarını dəstəkləmək lazımdır. Onların nə boz zonada, nə də Rusiyanın təsir dairəsində olmasına imkan vermək olmaz”, - məlumatda qeyd edilib. Eyni zamanda, sənəddə qeyd olunub ki, uzunmüddətli perspektivdə demokratik Rusiyanın alyansa qoşulma ehtimalını tamamilə istisna etmək olmaz.
Mətləb Salahov