Bu NATÖ ölkələri Ukraynaya 1 milyard dollardan çox vəsait ayıracaq - liderlər bəyanat yaydılar
ABŞ və müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemini gücləndirmək üçün 1 milyard dollardan çox vəsait ayıracaq. Bu barədə Almaniya, İtaliya, Niderland, Rumıniya, ABŞ və Ukrayna liderlərinin birgə yazılı bəyanatında deyilir.
“Biz həmçinin NATO-nun Ukraynanın alyansa uyğunlaşdırılmış və inteqrasiya olunmuş hava və raketdən müdafiə arxitekturası yaratmaq səylərini dəstəkləmək üzrə fəaliyyətini alqışlayırıq”, - sənəddə qeyd edilib.
Mətləb Salahov