Avro-2024: İspaniya millisi finalfa!
Futbol üzrə Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb. Bu kritik qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.
Mətləb