ABŞ oktyabrda Gürcüstanda hakimiyyəti dəyişməyi planlaşdırır - Rusiya kəşfiyyatından şok iddia...
ABŞ Gürcüstanda hökuməti dəyişmək niyyətindədir. Belə bir iddia ilə Rusiya Xarici Kəşfiyyat Xidməti çıxış edib.
Kəşfiyyat Xidmətindən bildirilib ki, ABŞ oktyabrda keçiriləcək parlament seçkilərindən istifadə edərək Gürcüstanda hökuməti dəyişməyi planlaşdırır.
Qeyd edək ki, “Xarici agent” qanununun qəbulu Gürcüstanla Qərb arasında gərginliyə səbəb olub. Artıq Avropa İttifaqı Gürcüstanın quruma inteqrasiyası prosesini dayandırdığını bəyan edib. Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinkski deyib ki, Rusiya tipli xarici agent qanunu qəbul edən Gürcüstan hökumətinin hazırkı ritorikası Qərb və Avropaya qarşı yönəlib və bu səbəbdən inteqrasiya prosesi dayandırılıb.
Gürcüstanın müdafiə ehtiyacları üçün ayrılan 30 milyon avroluq yardım da dondurulub.
TAHİR