şənbə günü, 21 mart 2026
     

Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılır...

Image


Qərb və Rusiya arasında artan gərginlik fonunda Azərbaycanın enerji resurslarının idxalına maraq sürətlə artır. Bu fonda diqqətçəkən daha bir məqam odur ki, Avropa İttifaqı 2025-ci ildə Rusiya qazından imtina etməyə hazırlaşır. Rəsmi Brüssel buna nail olmaq üçün, Azərbaycan da daxil olmaqla, enerji sahəsində özünün daha etibarlı tərəfdaşları ilə yeni əməkdaşlıq qurmaq istəyir. 

Bu məqsədlə, bəlli olduğu kimi, Avropa Azərbaycana öz qazını Rusiyanın Ukrayna ərazisindən keçən qaz kəməri vasitəsilə satmağı təklif edib. Bu barədə tərəflər ötən ay Brüsseldə baş tutmuş 5-ci Avropa-Azərbaycan Təhlükəsizlik Dialoqunda müzakirə aparıblar.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev "Politico" nəşrinə müsahibəsində bildirib ki, hazırda rəsmi Bakı Avropa İttifaqı və tranzit ölkələrlə bu təklif ətrafında danışıqlar aparır. Bu təklif reallaşarsa, Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılmış olacaq. Azərbaycan ilk dəfə 2020-ci ilin sonlarında Cənub Qaz Dəhlizi vasitəsilə "mavi yanacağı"nı Avropa bazarına çıxara bilib. Elə həmin ildən etibarən Azərbaycan Yunanıstan və İtaliyaya, 2021-ci ildən isə Bolqarıstana qaz satır. 2022-ci ildə isə tərəflər Bakıda enerji memorandumu imzalayaraq, nəql edilən qazın həcmini iki dəfəyədək artırmaq barədə razılığa gəliblər. Rusiya-Ukrayna müharibəsi artıq 2 ildən çoxdur davam edir və mütəmadi olaraq tərəflər bir-birilərinin ərazilərinə raket və dron zərbələri endirir. Belə bir vəziyyətdə Azərbaycan qazının Ukraynadan keçməklə Avropaya nəqli nə dərəcədə realdır? Hansı risqlər var və tərəflər bir-birinə nə təklif edirlər? Avropa İttifaqı Rusiya qazından daha çox asılı olan Şərq üzvlərinin, xüsusilə Slovakiya, Macarıstan və Avstriyanın mavi yanacaq ehtiyacını Azərbaycanın enerji ehtiyatları hesabına ödəmək niyyətindədir. Hələ bu ilin mayında Bakıda səfərdə olarkən prezident İlham Əliyevlə görüşündə Slovakiyanın baş naziri Robert Fico Azərbaycan qazını Ukrayna ərazisi üzərindən almaqda maraqlı olduqlarını dilə gətirmişdi: "Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik". Rusiya ilə Ukrayna arasında 2019-cu ildə imzalanmış qaz nəqli ilə bağlı 5 illik müqavilənin müddəti bu ilin sonunda bitir. Ukrayna tranzit ölkə olaraq Rusiya qazının öz ərazisi ilə Avropaya daşınmasını istəmir və müqavilənin müddətini uzatmayacağını bəyan edib. Rəsmi Brüssel də, Rusiyanın enerji sahəsində maliyyə mənbələrini azaltmaq üçün Kiyevin bu qərarını dəstəklədiyini bildirib. İllik mavi yanacaq istehlakı təxminən 400 milyard kub metr olan Avropa İttifaqı hələ 2014-cü ildə Rusiya Krımı ilhaq etdikdən sonra enerji mənbələrini şaxələndirmək üçün fəaliyyətə keçdi. Lakin əlavə qaz nəqli üçün infrastrukturun olmaması yalnız 2022-ci ildə Aİ-yə bu məqsədə çatmağa imkan verdi. Əslində həmin il Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Avropa İttifaqının enerji mənbələrini şaxələndirməsi işini sürətləndirmiş oldu. Belə ki, qurumun 2023-cü il üzrə enerji hesabatına əsasən, 2021-ci ilədək ittifaq ölkələri illik qaz ehtiyacının 45 faizini Rusiyanın hesabına ödədiyi halda, 2023-cü ildə bu rəqəm 3 dəfə azalaraq 15 faizə enib. "Bloomberg" nəşrinin yazdığına görə, Aİ Rusiyadan qaz idxalını azaltsa da, bu kəmərin Ukrayna ərazisindən keçən hissəsini işlək vəziyyətdə saxlamaq istəyir. Buna əsas səbəb isə ittifaqa üzv olan bəzi Şərqi Avropa ölkələrinin infrastruktur problemi ilə əlaqədardır. Bu fonda adının açıqlanmasını istəməyən avropalı diplomat "Politico" nəşrinə müsahibəsində bildirib:  "Ukraynadan keçən qaz kəmərinin fəaliyyətinin dayanması enerji təchizatının təhlükəsizliyində risklərə yol aça bilər, çünki Avropanın qaz sistemindəki mövcud tranzit infrastrukturu olduqca dar imkanlara malikdir". Avropa İttifaqını narahat edən digər məqam qiymətlərin dəyişəcəyi ehtimalı ilə bağlıdır. Əmtəə bazarları üzrə ekspert Aura Sabadus "Politico"ya açıqlamasında deyib ki, qaz tədarükünün Ukrayna üzərindən deyil, alternativ yollarla aparılması, Slovakiya, Avstriya və Macarıstan istehlakçıları üçün "mavi yanacağ"ın qiymətini artıra bilər. Bundan əlavə, Aİ bu kəməri açıq saxlamaqla, müharibə şəraitində olan Ukraynanın tranzit ölkə olaraq gəlir götürməsinə çalışır. Bunu həll etmək üçün avropalı rəsmilər digər variantlarla yanaşı, Azərbaycan qazının da Rusiya kəmərlərinə vurulmasının mümkünlüyü üzərində işləyir.

Hazırda Avropa İttifaqına üzv ölkələrdən 8-i Azərbaycandan qaz alır. 9-cu ölkənin Slovakiya olacağı gözlənilir. Hikmət Hacıyev bu fonda qeyd edir: "Çox uyğun bir vaxtda Azərbaycan qazının idxalçılarının coğrafiyasını daha geniş Avropa ailəsinə yaymağı səbrsizliklə gözləyirik". Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Azərbaycan qazının Ukraynadan keçməklə Avropaya nəqli müəyyən suallar yaratsa da, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban BBC-yə müsahibəsində bunun reallaşmasının mümkün olduğunu deyib. Onun sözlərinə görə, Moskva və Kiyev arasında hərbi-siyasi gərginlik davam etsə də, iqtisadi maraqlar, xüsusilə də milyardlarla dollar vəsaitin xərcləndiyi enerji kəmərlərinin təhlükəsizliyi Kremlin də maraqları çərçivəsindədir. Kiyev isə Rusiya qazının öz ölkəsindən keçməklə satışına qarşı çıxır. Bunun əvəzində isə Ukrayna qazın enerji ilə zəngin digər ölkələrdən alınaraq Ukraynadan keçən Rusiya kəmərlərinə vurulmasını təklif edir. Bunu əsas gətirən Ukrayna mediasının yazdığına görə, rəsmi Kiyev Azərbaycan qazının da öz ərazisindəki Rusiya kəmərlərinə vurulmasında maraqlı olduğunu bildirib. Ukraynanın "Naftogaz" şirkətinin baş icraçı direktoru Aleksey Çernışov "Bloomberg"ə müsahibəsində Azərbaycandan qaz alma təklifini müsbət qiymətləndirdiklərini bildirib. Azərbaycan qazının Ukraynadan keçən Rusiya kəmərlərinə daşınması ilə bağlı hələlik rəsmi açıqlamalar olmasa da, təhlilçilər iki mümkün variant üzərində dayanırlar: qazın Rusiya ərazisi vasitəsilə Rusiya-Ukrayna sərhədindəki məntəqəyə daşınması; Azərbaycan və Rusiya arasında svop  əməliyyatı. İlham Şabanın fikrincə, hazırda hər iki variant üzrə mavi yanacağın daşınması müəyyən vaxt tələb edəcək. Azərbaycan və Rusiya arasında Hacıqabul-Mozdok qaz kəmərinin olmasına diqqət çəkən təhlilçi hesab edir ki, Azərbaycandan Rusiyaya qazın daşınması üçün mövcud infrastruktur olsa da, onun nisbətən təkmilləşdirilməsinə ehtiyac var: "Bu kəmərin daşıma gücü illik 5 milyard kub metrdir. Lakin bu həcm Avropa üçün kifayət etmir. Çünki Rusiyadan Avropaya daşınan illik qaz həcmi 15 milyard kub metrdir".Onun sözlərinə görə, yerdə qalan həcmi Rusiya ilə Gürcüstanı birləşdirən qaz kəmərindən istifadə etməklə də daşımaq mümkündür. Lakin o, svop əməliyyatını daha optimal variant kimi görür: "Azərbaycan Türkiyə bazarında təxminən 10 milyard kub metr qaz satır. Həmin həcmi Rusiyaya ötürə bilərik və Rusiya bunun əvəzində eyni həcmdə öz qazını Rusiya-Ukrayna məntəqəsinə vura bilər". Bununla belə, təhlilçi svop əməliyyatı üçün Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Aİ arasında müqavilələrin yenilənməsinə zərurət yaranacağını bildirib.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlətdə mükafatların ləğvi məmur maaşlarında yeni əlverişli imkanlar açır...

Prezident İlham Əliyev və Mehriban Əliyeva Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar - FOTO/VİDEO/YENİLƏNDİ

Əmək pensiyasına çıxanların sayı ilbəil sürətlə azalır - 17 faiz qorxunc rəqəmdir...

SON XƏBƏRLƏR

21.03.2026 / 19:07
İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 1408-ə atdı…

21.03.2026 / 18:20
İranın Natanz nüvə obyektini kim vurub? - İsrail ABŞ-ı işarə etdi…

21.03.2026 / 17:36
İran İsrailin F-16 qırıcısını vurdu…

21.03.2026 / 17:11
İran Hörmüz boğazından keçən gəmilərdən tranzit haqqı alacaq – məsələ parlamentə çıxarılır…

21.03.2026 / 15:27
ABŞ və İsrail İranın Natanz nüvə obyektinə zərbə endirdi…

21.03.2026 / 14:51
II Qareginin Ermənistandan çıxışına icazə verilmədi

21.03.2026 / 14:33
İran İsrailin Ben Qurion aeroportunda yanacaq anbarlarını və yanacaq təyyarələrini bombaladı…

21.03.2026 / 14:17
İraq Milli Kəşfiyyat Xidmətinin qərargahı vuruldu...

21.03.2026 / 13:54
Vaşinqton yeni strategiyasını açıqladı - İranın neftini Tehranın özünə qarşı istifadə edəcəyik…

21.03.2026 / 13:15
İran BƏƏ-ni təhdid etdi - ərazilərinizdən adalara hücum olsa…

21.03.2026 / 12:43
İran 4 min km uzaqlıqdakı ABŞ bazasını hədəf aldı – Dieqo Qarsiyaya iki raket atıldı…

21.03.2026 / 12:36
“Ölümün verdiyi həyat” filminin xüsusi nümayiş tarixləri açıqlandı

21.03.2026 / 12:15
Hörmüz yaxınlığındakı yeraltı baza hədəfə alınıb...

21.03.2026 / 11:39
Almaniya hökuməti Körfəz bölgəsinə silah ixracını asanlaşdırır

21.03.2026 / 11:21
Putin İran xalqına Novruz mesajı göndərdi: “Sadiq tərəfdaş olaraq qalırıq”

21.03.2026 / 10:47
Britaniya İranı vurmaq üçün bazalarını ABŞ-a açdı…

21.03.2026 / 10:11
DİN-dən genişmiqyaslı əməliyyat - axtarılan şəxslər bir-bir tutuldu

20.03.2026 / 22:25
Moskvadan ABŞ-a İrana ağır zərbə vuracaq təklif - Vaşinqton qəbul etmədi…

20.03.2026 / 20:15
İsveçrədən ABŞ-a tarixi “İran zərbəsi” - Vaşinqtona silah satışı dayandırıldı…

20.03.2026 / 20:06
Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı paylaşım edib - FOTO

20.03.2026 / 19:55
ABŞ NATO-nu "qorxaq" adlandırdı - bizsiz kağız pələnglər…

20.03.2026 / 19:26
ABŞ və İsrail Şərqi Azərbaycanı bombaladı…

20.03.2026 / 19:10
İranın hücumu yunan Kiprini qorxutdu - Britaniya bazaları adadan çıxarılır…

20.03.2026 / 17:28
Makrondan Trampa qəti cavab - Hörmüz boğazının güc yolu ilə açılmasını dəstəkləməyəcəyik…

20.03.2026 / 17:06
Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib - FOTO

20.03.2026 / 16:55
10-a yaxın ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı

20.03.2026 / 16:47
ABŞ Yaxın Şərqə əlavə dəniz piyadaları göndərəcək

20.03.2026 / 16:37
ABŞ Qeşm adasında SEPAH tunellərini vurdu

20.03.2026 / 15:31
Neft qiymətlərində 180 dollarlıq ssenari - "inflyasiya fəlakəti" xəbərdarlığı edildi…

20.03.2026 / 14:42
Qüdsdə tarixi qadağa - Əl-Əqsa məscidi 1967-ci ildən bəri ilk dəfə bayram zamanı səssiz qaldı…

20.03.2026 / 14:28
İsrail ordusu druzları bəhanə edib Suriyanı bombaladı…

20.03.2026 / 14:03
Daha bir SEPAH generalı öldürüldü

20.03.2026 / 13:37
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

20.03.2026 / 13:12
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni xəbər...

20.03.2026 / 12:40
Qazaxıstanlı tədqiqatçı AXC-nin 1918-ci ilə aid dövlət möhürünü aşkar edib

20.03.2026 / 12:15
Yaponiyadan Trampa SÜRPRİZ - 73 milyard dollarlıq SƏRMAYƏ GƏLİR...

20.03.2026 / 11:53
Prezident İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub

20.03.2026 / 11:16
"Tezliklə razılığa gəlsinlər" - QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış edib

20.03.2026 / 11:05
ABŞ bu müsəlman ölkələrinə 23 milyard dollarlıq silah satdı - AÇIQLAMA

20.03.2026 / 10:03
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə PAYLAŞIM

20.03.2026 / 10:02
Dünya bazarında neftimizin qiyməti 122 dolları keçdi!

20.03.2026 / 09:34
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib

20.03.2026 / 00:10
Azərbaycanda Ramazan bayramıdır

20.03.2026 / 00:06
Azərbaycanda Novruz bayramı qeyd edilir

19.03.2026 / 20:55
İran liderlərinin “dövlət terroru” ilə ortadan götürülməsi rejimi dəyişə bilər?...

19.03.2026 / 20:16
Ərdoğana verilən 3 “Patriot” sisteminin arxasında Türkiyəni vuruşa qatmaq planı var...

19.03.2026 / 19:54
“Qazilərə doğma Vətən, Şəhidlərə İlahi tən - Azərbaycan... Azərbaycan...” silsiləsindən - Xəzər sahillərində keçən ömür...

19.03.2026 / 19:37
Dövlətdə mükafatların ləğvi məmur maaşlarında yeni əlverişli imkanlar açır...

19.03.2026 / 19:17
Əmrah özünü bugünkü qədər yalqız hiss etməmişdi...Anchor

19.03.2026 / 18:55
Avropa liderləri noyabr seçkisində Trampın “məğlubiyyət ssenarisini” hədəflədilər...

19.03.2026 / 18:21
Arakçi Makronu ikiüzlülükdə ittiham etdi - İsrail və ABŞ-ın hücumlarna susur, ancaq...

19.03.2026 / 18:05
İcbari Tibbi Sığorta Agentliyinin səlahiyyətləri ƏƏSMN-ə həvalə edildi - FƏRMAN

19.03.2026 / 18:05
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırıldı

19.03.2026 / 18:01
Naxçıvan Konstitusiyası yenilənir - dövlət quruculuğunda yeni mərhələ...

19.03.2026 / 17:53
"Prezidentin Novruz tonqalını Qarabağda alovlandırması bu məkandan dünyaya sülh, birlik, həmrəylik çağırışıdır" - Vüqar Rəhimzadə

19.03.2026 / 17:47
Prezident şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqlədi

19.03.2026 / 17:40
Sentyabrın 27-də şəhid oldu, 86 gün sonra nəşi tapıldı - Kapitan Niyət Şirəliyev..

19.03.2026 / 17:33
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiqləndi

19.03.2026 / 17:18
Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verib - FOTO

19.03.2026 / 17:10
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

19.03.2026 / 16:58
Bayramdan sonra ilk dərs günü nə vaxt olacaq...

19.03.2026 / 16:43
General rütbəsindən məhrum edilən Mövlam Şixəliyevin pensiyası da kəsildi...

19.03.2026 / 16:28
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

19.03.2026 / 16:11
Sumqayıtda əməliyyat - beş kişi və bir qadın saxlandı

19.03.2026 / 16:04
Paşinyandan xəbərdarlıq - Onlar “sentyabr müharibəsinə” hazırlaşırlar...

19.03.2026 / 15:57
Fələstin probleminin tarixi kökləri

19.03.2026 / 15:28
Qarabağdan aparılmış ermənilərə tarixdə ən doğru yolu Paşinyan göstərdi...

19.03.2026 / 15:12
ABŞ Hörmüzü açmaq üçün risqli əməliyyata hazırlaşır - Xarq adasına hücum əks nəticə verə bilər...

19.03.2026 / 14:55
Lənkəranda Milli Qəhrəman Əsgər Əliyev anıldı - FOTO

19.03.2026 / 14:47
ABŞ mediası İran rejimini yıxmaq üçün İsrailin yeni taktikasını açdı – “kütləvi qırğın”...

19.03.2026 / 14:25
Tramp problemlə qarşılaşdı - İranla müharibə üçün 200 milyon dollar istədilər…

19.03.2026 / 13:59
Səudiyyə və Küveytdə neft emalı zavodları vuruldu…

19.03.2026 / 13:41
İran ABŞ-ın ən azı 10 radar qurğusunu vurub…

19.03.2026 / 13:28
Tramp müharibədən sonra Şərqdə yaranacaq vəziyyətdən çox qorxur...

19.03.2026 / 13:20
ABŞ-ın Ukraynada qurduğu planı Putin eynilə İranda Trampa qarşı çevirib...(?)

19.03.2026 / 13:08
DTX-nın saxladığı Saleh Səmədov barəsində qərar verildi

19.03.2026 / 12:51
Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlandı

19.03.2026 / 12:48
Prezident İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub

19.03.2026 / 12:31
Trampı İrana qarşı yanlış addımlara onun çevrəsindəki "casuslar" yönəltdi...

19.03.2026 / 12:00
Səudiyyə müharibəyə girir - Pakistan-Səudiyyə sazişi gündəmdə...

19.03.2026 / 11:50
Ucarda iki narkokuryer saxlanılıb

Uşaqların internet bəlalarından mühafizəsi yeni mərhələyə keçdi...

XƏBƏR ARXİVİ