KÖHNƏ VERSİYA            

Bakı öz mövqeyini yeni İran prezidentinə ifadə etdi...

Image

İranda keçirilən prezident seçkilərindən sonra geniş müzakirə olunmağa başlayan məsələlərdən biri də bu ölkənin xarici siyasəti ilə bağlıdır. Bu mənada Azərbaycan-İran münasibətlərinin bundan sonrakı inkişafı da xüsusi maraq doğurur. Rəsmi Bakı cənub qonşusu ilə əlaqələrinin yüksəlişində maraqlıdır. Gözlənilir ki, Məsud Pezeşkianın qalibiyyətindən sonra İran da Azərbaycanla əlaqələrinə daha böyük maraq ifadə edəcək. 

Xatırladaq ki, keçmiş səhiyyə naziri, etnik azərbaycanlı Məsud Pezeşkian 53.7 faiz səslə qalib gəlib. Onun islahatçı, korrupsiyadan uzaq, Qərblə münasibətlərin normallaşmasının tərəfdarı olduğu deyilir. O, seçki kampaniyası zamanı “hamıya dost əlini uzadacağıq” da deyib. Bu seçkidən əvvəl bir müddət gərgin olan Azərbaycan-İran münasibətlərində yumşalma hiss olunmağa başlamışdı. Mayın 19-da Azərbaycan prezidenti İlham Əliyev İranın keçmiş prezidenti İbrahim Rəisi ilə görüşüb. Onlar Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılış mərasimində iştirak ediblər. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da gündəmdədir. Pezeşkianın seçkidə qalib gəldiyi gün İlham Əliyev ona təbrik ünvanlayıb Azərbaycana dəvət edib.  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, İranda yeni prezident vəzifəyə başladıqdan sonra İranla münasibətlərin daha fəal inkişaf edəcəyi gözlənilir: “İranda yeni prezident seçildi və Azərbaycan prezidenti onu təbrik etdi. Biz əvvəllər Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq”. Nazir deyib ki, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır: "İran bizim böyük qonşumuzdur, xalqlarımızın tarixi əlaqələri var. Bizim birgə gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək". Məsud Pezeşkianın indiyə qədər verdiyi müsahibələr, söylədiyi fikirlər göstərir ki, o, islahatçı prezident olaraq ilk növbədə ölkə daxilində bir sıra islahatçı addımlar atmaq niyyətindədir. Bu addımlar nəticə etibarilə Azərbaycanla münasibətlərin isti olmasına gətirib çıxara bilər. Ekspertlər İranın yeni prezidentinin evdə həmişə Azərbaycan dilində danışdığını xatırladaraq, İranda Azərbaycan məktəbləri ilə bağlı problemlərin həll olunacağına ümidlərin artdığını bildirir. Hesab olunur ki, Qərblə, qonşularla, Azərbaycanla münasibətlərin istiləşməsi İranın Ali dini rəhbəri Əli Xameneinin də maraqlarına uyğundur. Londonda yerləşən “Chatham House” mərkəzində Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənəm Vəkil isə qeyd edir: “Pezeşkianın qələbəsi tam bir sürpriz oldu, onun bu seçkini udması gerçəkdən gözlənilmirdi”. Onun sözlərinə görə, siyasi isteblişment, hətta cəmiyyətdə çoxları mühafizəkar parlament spikeri Məhəmməd Bağer Qalibafın qələbə çalacağını gözləyirdi, amma o, heç ikinci tura keçmədi.

Pezeşkianın tərəfdarları arasında da bu fikri bölüşən var. Kürdüstan vilayətində Pezeşkianın seçki təbliğatını aparan keçmiş deputat Məhəmməd Məhəmməd-Rezai deyir ki, keçmiş səhiyyə nazirinin heç seçkiyə buraxılacağını gözləmirmiş: “Düşünürəm ki, hakimiyyət seçkini qızışdırmaq istəyirdi, ona görə onun rəqabətli görünməsindən ötrü də islahatçının adını bülletenə saldılar. 2021-ci ildə Əbdül Nasir Hümmətinin adı da bu məqsədlə salınmışdı. Ancaq hakimiyyət nəzarəti itirdi və Pezeşkian qələbə çaldı”. Pezeşkian indiyədək İranda hicabla bağlı sərt qaydaları tənqid etsə də, ali dini lider Əli Xameneinin siyasətini dəstəkləyib. Cenevrə Akademik İnstitutunda baş elmi əməkdaş Fərzan Sabet Pezeşkianı mühafizəkar islahatçı adlandırır. Pezeşkian pis idarəçilik və sanksiyalar altında əzilən iqtisadiyyatı, eləcə də təməl azadlıqlar uğrunda küçələrə çıxmağa hazır olduğunu göstərən cəmiyyəti miras alır. Prezident Ali Milli Təhlükəsizlik Şurasının başçısı olsa da, bircə səs hüququ var. Yəni prezident mövqeyini ortaya qoya bilir, sözünün təsir gücü böyük deyil. Konstitusiyaya əsasən, prezident dövlətə başçılıq etmir. Silahlı qüvvələr, polis, maliyyə vəsaiti və başqa əsas resurslar onun tabeliyində olmadığından, hakimiyyət indiki halda daha çox Xameneiyinin əlində cəmləşib. Pezeşkian özü də seçki kampaniyası dövründə prezidentin hakimiyyətinin məhdud olduğunu etiraf edib. Fərzan Sabet  bildirir ki,  Pezeşkianın böyük islahatlar aparacağı real görünmür, amma digər islahatçılara nisbətən daha çox mühafizəkar yönlü olması siyasətə müəyyən təsir göstərəcəyi ehtimalını artırır. Təhlilçi güman edir ki, Pezeşkian hökumətinə islahatçılar, mötədillər, həmçinin ənənəvi mühafizəkarlar daxil ola bilər. Bu isə prezidentə parlamentdəki mühafizəkarlarla işləyərək sərt xətt tərəfdarları ilə manevr etmək fürsəti verər. Mart seçkilərindən sonra parlamentdə sonuncuların sayı artıb. İstənilən halda isə Pezeşkiana verilən səs həm də cəmiyyətin yenilənmək, dəyişmək istəyinin göstəricisidir. Artıq Əli Xamenei Məsud Pezeşkianla ilk görüşünü keçirib. Bildirilir ki, dini lider prezidentə bir sıra təlimatlar verib, Pezeşkianın xalqın potensialından, ölkənin bir çox digər imkanlarından tərəqqi və çiçəklənmə yolunda istifadə edəcəyinə ümid etdiyini bildirib.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031