Ersin Tatar: Qədim Şuşa şəhərində təmsil olunmağımız son dərəcə əlamətdar və tarixidir
Ən böyük gücümüz Türk dünyasının birlik, bərabərlik və dayanışmasıdır.
Bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi və qlobal dəyişikliklər nəticəsində meydana gələ biləcək problemlər nəzərə alınaraq ŞKTC yaratdığı fövqəladə hallar mexanizmi ilə TDT ölkələrinə ehtiyac duyacaqları təqdirdə dəstək göstərməyə hazırdır.
E.Tatar vurğulayıb ki, ŞKTC-nin bu gün türk dünyasının ayrılmaz bir parçası kimi qədim Şuşa şəhərində təmsil olunması son dərəcə əlamətdar və tarixidir:
“Bu, böyük əhəmiyyət kəsb edir və tarixi hadisədir. ŞKTC mülki aviasiya üçün regional mərkəzə və dəniz nəqliyyatı üçün etibarlı tranzit ölkəyə çevriləcək. Nazirliyimiz Qazımaqus limanı ilə bağlı Türk Dövlətləri Təşkilatının Katibliyinə ərizə təqdim edib”.
SAMİRƏ