Naxçıvanda işə düzəltmək adı ilə dələduzluq edən şəxs yaxalanıb - polisdən AÇIQLAMA
Naxçıvanda polis işə düzəltmək adı ilə dələduzluq edən şəxsi saxlayıb. Muxtar respublikanın Daxili İşlər Nazirliyindən mətbuata verilən məlumatda deyilir ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Naxçıvan şəhər sakini Bəxtiyar Quliyev müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
B.Quliyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə "102” Zəng Mərkəzinə və ya Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) telefon nömrələrinə məlumat vermələri xahiş olunur.
Mətləb Salahov