Polşa Ukraynaya silah dəstəyi üçün NATO qarşısında şərt qoydu - F-35-ləri verin, MiQ-29-ları verək...
Polşanın baş naziri Donald Tusk Ukrayna prezidenti Zelenski ilə görüşüb. Tusk görüşdən sonra bildirib ki, NATO müttəfiqləri Polşaya döyüş təyyarələri tədarük etsələr, Polşa ordu əlindəki MiQ-29 döyüş təyyarələrini Ukraynaya verə bilər.
Qeyd edilir ki, Polşadakı 14 ədəd MiQ-29 döyüş təyyarəsi, bir müddət əvvəl alınan F-35-lərin 2027-ci ildə ölkəyə təhvil verilənə qədər Polşa ordusunun istismarında olacaq.
Zelenski görüşdə Polşanın Ukrayna səmasında Ukraynanı hədəf alan Rusiya raketlərinin vurulması məsələsinin də nəzərdən keçirdiyini açıqlayıb.
Polşa ilə Ukrayna arasında təhlükəsizlik sazişi də imzalanıb. Razılaşmaya əsasən, Polşa növbəti 10 il ərzində Ukraynaya yardımını davam etdirəcək.
TAHİR