BANM tələbələri Tümendə startap yarışmasının qalibi olub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Calling Fire on Us” beynəlxalq startap müsabiqəsində “Yüksək potensial” nominasiyasının qalibi olublar.
Onlar İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Roman Tolstoşeyev, Azər Sadıxzadə və Elnur Bədəlovdur.
Tələbələrimiz Tümen Sənaye Universitetində ən yaxşı tələbə startap komandası adı uğrunda yarışıblar. Nəticədə “Cybersecurity awareness infrastructure with real-time competitions and ai-driven education system” layihəsi ilə qalib gəliblər.
Müsabiqəyə Azərbaycanla yanaşı, Çin, İraq, Şri Lanka, və Türkmənistandan 120 komanda qatılıb.