KÖHNƏ VERSİYA            

İranda azərbaycanlıların yeni durumu başladı...

Image

Məlum olduğu kimi, İranda növbədənkənar prezident seçkisinin ikinci turunda yeganə islahatçı namizəd, etnik azərbaycanlı Məsud Pezeşkian qalib gəlib. İranın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərinin ikinci turunda Pezeşkian 53,7 faiz və ya 16 milyon 384 min 403 səs, Cəlili isə 44,3 faiz, yəni 13 milyon 538 min 179 səs toplayıb. 

69 yaşlı Pezeşkian ixtisasca həkim, ürək cərrahıdır. Seçkilərə qədər isə İran parlamentinin Təbrizdən olan deputatı idi. 2016-cı ildə İran parlamentində “Türk Bölgələri Fraksiyası” yaradıb.

Məhəmməd Xatəminin formalaşdırdığı ilk hökumətdə Məsud Pezeşkian səhiyyə və tibb təhsili nazirinin müavini, bir qədər sonra, ikinci islahatçı hökumət dövründə nazir təyin edilib. İki il nazir olduqdan sonra parlament tərəfindən tibb sektorundakı qiymətlər, dərman-narkotik problemi, vəzifə təyinatları ittihamı ilə impiçmentə məruz qalıb. Həmin vaxt parlament spikerinin müavini olmuş Behzad Nəbəvi Pezeşkianı müdafiə edərək, səhiyyə sektorundakı boşluqların dərin köklərə malik olduğunu və bu çatışmazlıqların Pezeşianın iki illik nazir vəzifəsi ilə əlaqəli olmadığını deyib. Onun nazir olduğu vaxtda bəzi parlament üzvləri ölkədəki tibb universitetlərinin Elm Nazirliyinin tabeliyinə verilməsini təklif etsələr də, bu reallaşmayıb. İki il dövlət vəzifələrindən uzaq olan Pezeşkian Mahmud Əhmədinecatın prezidentliyi dövründə, 2007-ci ildə Təbriz şəhərindən deputatlığa namizədliyini irəli sürüb və parlamentə seçilib. Pezeşkian bu uğurunu sonrakı 4 parlament seçkisində də təkrarlayıb. 10-cu parlament seçkilərində o, islahatçılardan ibarət “Ümid” fraksiyasını təmsil edirdi və 158 səslə spikerin birinci müavini postuna seçilmişdi. 2018-ci ilin yayında əmək və sosial rifah naziri Əli Rabyeinin impiçmenti zamanı Pezeşkian onu müdafiə edərək, hökuməti dövlət rəsmilərinə və onların ailələrinə qarşı ittihamlara göstərdiyi dözümsüzlüyə görə tənqid edib: “Mən nazir olan zaman mənim övladlarımın xaricdə olduğu, qızımın isə BMW sürdüyü iddia edilirdi. Lakin övladlarım heç vaxt xaricdə olmayıb. Onların nə avtomobilləri olub, nə də nazirliyin xidməti maşınından istifadə ediblər”. İqtisadi və büdcə məsələləri ilə bağlı Pezeşkian və onun ailəsinin şəffaflığı qoruduğu deyilir. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən uzaq olub. Açıq sözlü olaraq tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb. Onun parlamentdəki bu çıxışı parlament sessiyasının dayandırılması ilə nəticələnib. Çıxışında imam Əlinin sözlərini təkrarlayaraq, “insanlara vəhşi heyvanlar kimi hücum etməyin. Deməyin ki, “mən ağayam, kim səsini çıxartsa, onu əzəcəm” ifadələrini işlədib. Pezeşkian hələ 2013-cü ildə prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçsə də, daha sonra Əkbər Haşimi Rəfsəncaninin xeyrinə namizədliyini geri götürüb. Daha sonra 2021-ci ildə prezident seçkisində iştirakı qeydə alınsa da, Nəzarət Şurası onun namizədliyini təsdiqləməyib. İbrahim Rəisinin ölümündən sonra elan edilən 2024-cü il erkən prezident seçkisində isə Pezeşkianın namizəd kimi iştirakına imkan yaradılıb. İranda seçkilərə namizədlər sərt xətt tərəfdarı qurumların yoxlamasından keçərək buraxılır, bu qurumlar rejimə mümkün təhlükələri öncədən neytrallaşdırırlar. 

İranın Azərbaycandakı keçmiş səfiri Əşfar Süleymani seçki dönəmində Pezeşkianı dəstəkləyənlərdən biri olub. Deyir ki, prezidentdən əsas gözləntilər həm daxili, həm də xarici problemlərlə bağlı işlərə başlamağıdır: “Məişət, iqtisadiyyat problemləri var. Xarici siyasətdə sanksiyalar məsələsinin həlli vacibdir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp nüvə sazişini ləğv etdi, sanksiyaların da təsiri altında problemlər başladı. İranda valyuta dəyərdən düşdü, bahaçılıq oldu və sair. Pezeşkianın gəlməyi ümid yaradıb ki, işlər düz yolla başlanıb gedə bilər. Qatar relsdən çıxıb, qatarın düz yolla getməyini istəyirik”. Əfşar Süleymani deyir ki, problemlərin həllinə çox vaxt lazımdır. Üstəlik, bu problemlərin həlli təkcə İrandan aslı deyil, burada həm regional, həm ABŞ-da qarşıdan gələn seçkilərin nəticəsi və digər məsələlər də rol oynayır. “Reuters” agentliyi seçkilərdən sonra İranda yerli sakinlərdən yeni prezidentdən gözləntilərini soruşub. Onlar əsasən qiymətlərin ucuzlaşması, gənclərin daha rahat iş tapmaları, qızların küçədə asanlıqla gəzə bilməsi, verdiyi vədləri gerçəkləşdirməsini gözlədiklərini bildiriblər. Pezeşkian seçki kampaniyası zamanı inflyasiyanın qarşısını almaq üçün iqtisadi islahatlara çağırır, qadınların və etnik azlıqların hüquqlarını müdafiə edir. Bundan əlavə, o, Qərb ölkələri ilə münasibətlərin tədricən yaxşılaşdırılmasının tərəfdarıdır. O, İranın dünya ilə qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayaraq, tarixdə heç bir ölkənin qəfəsdə tərəqqi edə bilmədiyini deyir. Londonda yerləşən “Chatham House” analitik mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sənam Vəkilin sözlərinə görə, Pezeşkianın seçilməsinin dərhal siyasət dəyişikliyinə səbəb olacağı ehtimalı azdır: “Ancaq Pezeşkian daha az repressiv mühitə uyğunlaşmaq üçün sistem vasitəsilə və daxilində işləməyə çalışacağını açıq şəkildə bildirir”. İslahatçının bu dəyişiklikləri edə biləcəyinə zəmanət vermədiyini deyən S.Vəkil əlavə edir ki, bu, İranda prezident səlahiyyətlərinin sərhədlərini göstərir. Ancaq analitik düşünür ki, sosial azadlıqlar sahəsində yeni prezidentin manevr üçün imkanları ola bilər. Qeyd edək ki, prezident İlham Əliyev Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib. O, Məsud Pezeşkiana ünvanladığı təbrik məktubunda qeyd edib: "Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq. İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə sizi Azərbaycana səfərə dəvət edirəm Sizə ən xoş arzularımı çatdırır, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031