KÖHNƏ VERSİYA            

Türk dövlətlərinin “Ümumi dil”dən “Böyük dil” modelinə doğru hərəkəti başladı...

Image

Əkbər Qoşalı: “Belə məsuliyyətli mövzularda tələsmək də olmaz”

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin 16-cı bəndində deyilir ki, süni intellekt layihələrinin uğurlu inkişafı üçün üzv dövlətlərin böyük dil modelinin yaradılmasının və mədəniyyətlərarası ünsiyyəti asanlaşdırmaq, təhsil platformalarını inkişaf etdirmək, səhiyyə texnologiyalarını təkmilləşdirmək və iqtisadi inteqrasiyanı təşviq etmək üçün böyük dil modeli formasında ümumi platformadan istifadənin vacibliyini qeyd edirlər.

Göründüyü kimi, burada böyük türk modeli və türk dövlətləri üçün vahid dildən, əlifbadan söhbət gedir. Ümumiyyətlə, böyük dil modeli diyəndə nə başa düşülür?

“Süni intellekt layihələri, eləcə də böyük çevrəyə malik təhsil, sağlıq platformaları inkişaf etdirilməli, təkmilləşdirilməli...” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının fikrincə, tədbir Türk dünyası üçün önəmli hadisədir: “Türk Dövlətləri Təşkilatının Şuşa Zirvəsi əziz Şuşamız üçün, Azərbaycanımız üçün, bütövlükdə Türk dünyası üçün önəmli hadisədir – elə Şuşanın və tədbirin adı kimi Zirvə hadisəsidir. Nə bu Zirvə, nə Zirvədə qəbul edilmiş “Qarabağ Bəyannaməsi” birdən-birə baş verməyib. Bu işlər nəyi, nə vaxt, necə, harda və kiminlə etmək gərək olduğunu zərgər dəqiqliyi ilə bilərək yerinə yetirilir. – Atalar demiş, yüz ölçüb, bir biçərək... Yoxsa, (keçmiş adı ilə) “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” üzrə ATƏT-in keçmiş Minsk qrupu həmsədrlərinin məzmunsuz vasitəçiliyi ilə aparılan danışıqlarda, guya onlar bizə Şuşamı vəd edirdi? “5 + 2” deyirdilər – o da bizim çıxarlarımıza tam cavab vermirdi əlbəttə. Əlbəttə, indi biz əziz Şuşamızdayıq, Qarabağımızın hər yerindəyik, qardaşlarımızla Zirvəyə yığışırıq, “Böyük Qayıdış”ı həyata keçiririk; biz Gündoğar Zəngəzurdayıq, Günbatar Zəngəzura ləyaqətli dönüşü düşünürük və s. Uzun sözün qısası, Şuşa Zirvəsinin “Qarabağ Bəyannaməsi”ndə bütün əməli çalışma sahələrinin əhatə olunması çağdaş çağırışlara cavab verir, gələcək nəsillərə yol açır, dədələrimizin ruhunu şad edir. Əlbəttə, Azərbaycanın ev yiyəsi, təşəbbüsçüsü olduğu başqa beynəlxalq tədbirlərdə, platformalarda da süni intellekt, texnologiyalar, dijital aləm, virtual ilətişim və s. kimi mövzular diqqət mərkəzində olub. Türk dünyası ilə bağlı diqqət isə bir başqadır. Özəlliklə də, TDT üzvü olan Azərbaycan və Türküstandakı qardaş respublikalar dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü ərəfəsindədir, ancaq ortaq dil, ortaq əlifba mövzusunda kamal sonuca varılmayıb. Əlbəttə, belə məsuliyyətli mövzularda tələsmək də olmaz. 33 ili isə həm yetərsiz, həm də yetərli müddət kimi xarakterizə etmək mümkündür. İndi bizim belə vurğular etməyimiz nə qınaq kimi, nə arxayınçılıq imkanları kimi dəyərləndirilməlidir. Bir şərəfli yola çıxmışıq, irəliləyirik, əsas odur, sonuc əldə edək. Yolumuz gül-çiçəklik deyil, xeyli qayğılar vardır, aram-aram qayğıları çözürük; ümid edir, təşviq edir və inanırıq ki, Qırğız Respublikası da nəhayət latın qrafikalı əlifba mövzusunda dəqiq yol xəritəsinə malik olacaq. Ümid edir, inanırıq ki, Özbəkistan və Qazaxıstan ikiqrafikalı əlifbadan təkqrafikalı əlifbaya qəti keçidi təmin edəcək; arzu edir, inanırıq, TDT üzvlərinin hamısı latın qrafikalı əlifba əsasında ortaq əlifba mövzusunu çox uzaq gələcəyə saxlamayacaq. Nə gizlədək, latın qrafikalı əlifbalarımızda da xeyli fərqliliklər vardır – hər hansı iki türk respublikasının əlifbası bir-biri ilə tam üst-üstə düşmür.  Burada obyektiv və subyektiv kimi görünən – belə təqdim edilən səbəblər vurğulana bilər; biz isə Türk birliyi vurğusu edirik, elə bilirik, bu, vurğuların ən doğrusu, ən üstünüdür. Atatürk deyirdi, “türk dili türk bilinci qədər doğaldır. Türk dili türk bilinci və dühası qədər məntiqlidir, yüksəkdir”. “Qarabağ Bəyannaməsi”ndən gətirdiyiniz misal yalnız ortaq dil, ortaq əlifba anlayışını deyil, qarşılıqlı anlaşmanın texnoloji bazasını, o bazanın təkmilləşdirilməsini (də) ehtiva edir. Hazırda əlimizdə olan bəzi qaynaqlar dil uyğunlaşdırmalarında kobud yanlışlıqlar edir. Örnəyi, “google translate” proqramına mətn ümidli olmaq olmaz. Hesab edirəm, öz dilmanc proqramlarımız, öz elektron sözlüklərimiz gəlişdirilməlidir – “Qarabağ Bəyannaməsi” də bunu önərməkdədir. Ustadlarımızın dediyi kimi, mədəniyyət – insan əli, əqli və ruh gücü ilə yaradılmış bütün pozitivləri ehtiva edir. Dil, ünsiyyət də bu poiztivlərin önəmli, bəlkə ən önəmli hadisəsidir. Süni intellekt layihələri, eləcə də böyük çevrəyə malik təhsil, sağlıq platformaları inkişaf etdirilməli, təkmilləşdirilməli, bunlar da  sosial-iqtisadi bağlar üzərindən bütün digər əməli çalışma sahələrində işbirliyinə çağırmalı, həvəsləndirməlidir. Bax, bu anlamda “Qarabağ Bəyannaməsi”ndə dil modeli formasında ümumi platformaya vurğu edilməsi çox önəmli hadisədir. Ümid edirəm, ortaq türk qurumları, özəlliklə Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, TÜRKPA və əlbəttə, TDT Daimi Katibliyi “Qarabağ Bəyannaməsi”ndən irəli gələn məsələlərə candan-könüldən yanaşacaq, yeniliklərə imza atacaqlar”.

Vidadi ORDAHALLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031