Orbanın Şuşa səfərini tənqid edən Borelin cavabını verdilər - şam yeməyi üçün icazə verilirmi?
Macarıstanın Baş nazirinin siyasi məsələlər üzrə köməkçisi, ölkə parlamentinin üzvü Balaj Orban hökumətin rəhbəri Viktor Orbanın Şuşaya səfər etməsini tənqid edən, həm də tələsik olaraq Aİ-ni Qarabağda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündən uzaq tutmağa çalışan Avropa diplomatiyasının başçısı Cozep Borelin cavabını verib.
Baş naziri köməkçisi “X” sosial şəbəkəsindəki mikrobloqunda aşağıdakı istehzalı sözləri paylaşıb: “Bizə şam yeməyi üçün icazə verilirmi, yoxsa indi bunun üçün də Avropa İttifaqından mandat almalıyıq?”
ZÜMRÜD