Məsud Pezeşkiyan İranda prezident seçildi - RƏSMİ AÇIQLAMA
İranda keçirilən prezident seçkilərində islahatçı keçmiş səhiyyə naziri Məsud Pezeşkian qalib gəlib. Bu barədə İran İslam Respublikasının Seçki Qərargahının rəsmi nümayəndəsi Möhsün Eslami məlumat verib.
O, IRIB telekanalında bildirib ki, bütün 30,530 milyon bülletenlərin hesablanmasının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkiyan 16,384 milyon səs toplayıb - ümumi səsin ən azı 53,6 faizi.
İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon - 44,3 faiz səs toplayıb. Eslami qeyd edib ki, seçici fəallığı 49,8 faiz təşkil edib. Onun sözlərinə görə, səsvermənin ikinci turunda ümumilikdə 30,530 milyon seçici iştirak edib.
Mətləb Salahov