Ərdoğan Putin və Əsədin Ankaraya dəvət olunacağını istisna etmədi
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Suriya və Rusiya liderlərinin Ankaraya dəvət olunacağını istisna etməyib.
“Biz Vladimir Putin və Bəşər Əsədə dəvət məktubu göndərə bilərik. Rusiya lideri Türkiyəyə səfər edə bilərsə, bu, yeni prosesin başlanğıcı olacaq”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidentinin sözlərinə görə, ötən illər ərzində bütün tərəflər Suriyada uzunmüddətli tənzimlənmənin zəruriliyini aydın şəkildə dərk ediblər, infrastrukturu dağılmış Suriyada sabitlik təmin edilməlidir: "Qərəzli mövqedən imtina etmək və nəticədə Suriyada sülhün bərqərar olunmasına töhfə verə biləcək düşünülmüş, nəticəyə yönəlmiş siyasət həyata keçirmək vacibdir. Bölgədə sabitliyin pozulması terrorçuların imkanlarını genişləndirir”.
Ərdoğan bildirib ki, Ankaranın bundan sonra da Suriyaya dost əlini uzatmağa hazır olduğunu deyib.
TAHİR