KÖHNƏ VERSİYA            

Təhlükəsizlik ehtiyacı Ermənistanı Azərbaycan və Türkiyənin qapılarına salıb...

Image

Bu gün Ermənistan üçün müstəsna önəm kəsb edən məsələlərdən biri də Türkiyə ilə normal münasibətlərin qurulmasıdır. Bunun həm siyasi, həm də olduqca mühüm iqtisadi səbəbi var. Həmin səbəblər haqqında danışmazdan öncə qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə gürcü həmkarı İlya Darçiaşvili ilə birgə keçirdiyi brifinqdə yenidən Türkiyə ilə sərhəd məsələsinə toxunub. 

O qeyd edib ki, Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və dövlət sərhədinin açılmasına hazırdır. Onun sözlərinə görə, ölkələr artıq sağlam dialoq qurublar: “İrəvanla Ankara arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin vaxtı çatıb”. Mirzoyan bildirib ki, Ermənistan qonşuları ilə münasibətlərin tənzimlənməsində maraqlıdır və bu istiqamətdə praktiki addımlar atır. Bu kontekstdə o, Bakı ilə sülh sazişinin imzalanması ilə bağlı İrəvanın mövqeyini təqdim edib. Mirzoyan qeyd edib ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imzalamağı real hesab edir. Ekspertlər   hesab edir ki, Ermənistanın bu tələskənliyi təsadüfi deyil. Əvvəla, Ermənistan Qərb və Rusiyanın yeni poliqonuna çevrilə bilər. bundan xilas olmağın yeganə yolu isə məhz Azərbaycanla, Türkiyə ilə normal münasibətlərin qurulmasıdır. Hazırda Ermənistan yaxşı bilir ki, Azərbaycanla münasibətlərin normallaşması müəyyən vaxt aparacaq, amma Türkiyə ilə bu proses daha tez reallaşa bilər. Bu fonda qeyd edək ki, iyunun 18-də Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan telefon danışığında münasibətlərin normallaşmasını da müzakirə ediblər. Paşinyan   bu xüsusda bildirib: “Ermənistan və Türkiyə arasında münasibətlərin heç bir ilkin şərt olmadan tam nizamlanması ilə bağlı siyasi iradələrin olduğunu vurğuladıq”. Liderlər, həmçinin, öz ölkələrinin xüsusi nümayəndələri səviyyəsində təmasları davam etdirmək barədə razılığa gəliblər, lakin o vaxtdan bəri heç bir görüş olmayıb. Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin edib. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və bu istiqamətdə zəruri proseslərin başlanması barədə razılıq əldə olunub. Lakin məsələ hələ də həllini tapmayıb.

2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib. Eyni zamanda, həmin ilin yayında Ermənistanın İqtisadiyyat Nazirliyi bəyan edib ki, Türkiyə mallarının 99,9%-i Gürcüstandan keçməklə respublikaya quru, cəmi 0,01%-i isə hava yolu ilə çatdırılır. Asiya İnkişaf Bankının fikrincə, Ermənistan-Türkiyə sərhədinin açılması Ermənistanın xarici ticarət kəsirinin 30-50% azalmasına səbəb olacaq. 2023-cü ilin sonunda bu, 3,9 milyard dollara bərabər olub. Ermənistan hakimiyyəti iddia edir ki, Türkiyə ilə münasibətləri Azərbaycanla münasibətdən asılı olmayaraq qururlar. Ankara isə dəfələrlə vurğulayıb ki, yaxınlaşmağa hazırdır, lakin bunu yalnız İrəvan Bakı ilə bütün məsələləri həll etdikdən sonra edəcək. Bunun fonunda Mirzoyan vurğulayıb ki, İrəvan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalaya bilər. Amma  Azərbaycan prezidenti İlham Əliyev Kanadanın səfiri Kevin Hamiltonu qəbul edərkən bildirib ki, Ermənistanla sülh sazişinin bağlanmasının əsas şərti Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistanın əsas qanununun preambulasında Ermənistan və Qarabağın birləşməsini tələb edən Müstəqillik Bəyannaməsinə istinad edilir. Bu fonda İlham Əliyev qeyd edib: “Biz danışıqlar prosesində kifayət qədər sürətlə irəliləyirik. Düşünürəm ki, bir neçə ay ərzində biz sülh sazişinin mətnini, ən azı onun əsas prinsiplərini yekunlaşdıra biləcəyik. Biz əsas prinsiplər üzərində razılaşa və onları ilkinləşdirə biləcəyik. Əsas mətn üzərində iş də davam edəcək, ancaq Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra”. Erməni ekspert Conni Melikyan məsələ ilə bağlı qeyd edir: “İndiki mərhələdə Ermənistanla Türkiyə arasında belə bir münasibət yoxdur. İki ölkənin xüsusi nümayəndələri səviyyəsində dialoq formatı var. Onun çərçivəsində iki ölkə sərhədində yerləşən Ani körpüsünün yenidən qurulması, sərhədin üçüncü ölkə vətəndaşlarına açılması və diplomatik pasportlara malik vətəndaşların sərbəst gediş-gəlişi ilə bağlı razılaşmalar əldə etmək mümkün olub. Amma Türkiyə Ermənistanın gündəmini Azərbaycandan ayıra bilmir, ona görə də növbəti addımı atmır”. Öz növbəsində, politoloq İlqar Vəlizadə Bakı ilə Ankara arasında İrəvanla bağlı bütün məsələlərin qarşılıqlı razılaşma əsasında həll edilməli olduğu barədə razılaşmanın olduğunu qeyd edib. Xüsusən də Ermənistanla Türkiyə arasında yolların açılması Ermənistanla Azərbaycan arasında oxşar proses fonunda baş verməlidir: “Ermənistan Konstitusiyasına gəlincə, o, hazırkı formada sülh müqaviləsinə yenidən baxılması üçün əsas ola bilər. Bu hüquqi boşluq aradan qaldırılmalıdır. Bunun üçün əsas qanunun preambulasından Müstəqillik Bəyannaməsinə istinadı silmək kifayətdir”. Ermənistan Azərbaycanla normal dialoq qurmadan Türkiyə ilə əlaqələr qurmaqla öz təhlükəsizliyini möhkəmləndirməyə çalışır. Bununla belə, Ankara və Bakı İrəvanla bağlı ortaq siyasət yürüdürlər. Ermənistan bunu nəzərə almalıdır. Həm də qəbul etməlidir ki, Bakı və Ankaranın əsas istəklərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031