KÖHNƏ VERSİYA            

Avrasiyada Azərbaycanın yeni rolu - əsas birləşdirici halqa...

Image

Bu gün beynəlxalq aləmdə qüvvələr nisbətinin tamamilə dəyişməsi müşahidə olunur. Belə durumda o da faktdır ki, beynəlxalq vəziyyət daha da qeyri-sabit xarakter alıb. Birincisi, siyasi sistemlər arasında mövcud olan güc balansı pozulub. İkincisi, inkişaf etmiş ölkələr arasında ziddiyyətlər güclənib.

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında uçurum getdikcə genişlənir. Dini zəmində dövlətlərarası ziddiyyətlər də artır. Üçüncüsü, yoxsulluğun və işsizliyin artması səbəbindən inkişaf etməkdə olan ölkələrdə sosial qeyri-sabitlik artır. Dördüncüsü, milli-etnik və dini ziddiyyətlərə əsaslanan regional münaqişələr güclənib. Bu münaqişələr nəticəsində hazırda dünyada 10 milyonlarla  qaçqın var. Beşincisi, qlobal və milli təhlükəsizlik beynəlxalq terrorizm, dini ekstremizm və fundamentalizm tərəfindən təhdid olunmağa başlayıb. Bu mürəkkəb, ziddiyyətli beynəlxalq şəraitdə milli maraqlara cavab verən çevik və səmərəli xarici siyasətin işlənib hazırlanması zəruri xarakter daşıyır. Azərbaycan bu istiqamətdə böyük uğura atan ölkələrdən biridir. 

Ölkəmiz beynəlxalq ictimaiyyətin diqqətini qlobal və regional təhlükəsizliyə cəlb edə bilən əsas aktorlardan birinə çevrilib 

Ümumiyyətlə, dövlət müstəqilliyini əldə etməsi ona öz xarici siyasətini müstəqil şəkildə həyata keçirmək, dünya birliyinə daxil olmaq üçün öz yolunu tutmaq, dövlətlərarası münasibətlərin istiqamətlərini və prioritetlərini müəyyən etmək üçün geniş imkanlar açdı. Suverenliyinin möhkəmləndirilməsi, iqtisadi çətinliklərin aradan qaldırılması, xalqının güzəranının yaxşılaşdırılması hər bir dövlətdən fəal çoxtərəfli xarici siyasət həyata keçirməyi tələb edir. Bunları Azərbaycan uğurla nəzərə aldı və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində bu amil də mühüm önəm kəsb etdi. 

Azərbaycan dünya birliyinin bir hissəsi kimi beynəlxalq aləmdə qüvvələr balansını dəqiq nəzərə alır. Bundan başqa, tarix özü əvvəlcədən müəyyən edib ki, Azərbaycan Avrasiyanın əsas yollarının kəsişməsində yerləşir. Bu, ölkənin xarici siyasətinin strateji perspektivi kimi Böyük İpək Yolunun analoqu olan Avrasiya siyasi, iqtisadi və mədəni körpüsünün yaradılması imkanı verir. Azərbaycan regionun ən çoxsaylı, sosial-iqtisadi cəhətdən inkişaf etmiş, böyük intellektual, mənəvi və mədəni potensiala malik ölkəsi kimi bu gün Avrasiya miqyasında birləşdirici halqa rolunu oynayır. Məhz buna görə də Azərbaycanın tarazlığın və qüvvələr balansının təmin edilməsi, real potensial resursları hesabına indi xüsusi əhəmiyyət kəsb edən bu strateji əhəmiyyətli regionda əməkdaşlıq üçün möhkəm zəmin yaradılması proseslərində mühüm rol oynamaq üçün hər cür imkan var. Dünya miqyasında qüvvələr balansı bu region ölkələrinin inkişaf yolu ilə çox asılıdır. Bu fonda xarici siyasətini qurarkən, dünya birliyinə inteqrasiya edərkən Azərbaycan müəyyən məqamları və prinsipləri də nəzərə alır. Bura aşağıdakıları aid etmək olar:  öz milli və dövlət maraqlarının aliliyi ilə qarşılıqlı maraqların tam nəzərə alınması;  bərabərlik, qarşılıqlı fayda və başqa ölkələrin daxili işlərinə qarışmamaq;  ideoloji baxışlarından asılı olmayaraq xarici siyasətdə açıqlıq prinsipi; sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, münaqişələrin sülh yolu ilə həlli, mübahisəli məsələlərin həllində güc tətbiqindən və onun tətbiqi təhlükəsindən imtina edilməsi; ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və inkişafı;  beynəlxalq hüququn daxili hüquqdan üstünlüyünün tanınması. Azərbaycanın  xarici ölkələrlə diplomatik, siyasi, ticarət-iqtisadi və mədəni əlaqələrinin inkişafı iki istiqamətdə həyata keçirilir:  dövlətlərarası, hökumətlərarası, parlamentlərarası və qeyri-hökumət səviyyələrində ikitərəfli və çoxtərəfli əlaqələr çərçivəsində;  beynəlxalq təşkilatların fəaliyyət sistemində, xüsusilə BMT, TDT, ATƏT, Aİ, NATO, MDB, İƏT, ŞƏT, Qoşulmama Hərəkatı və sair. Bu təşkilatlarda, xüsusən də BMT-də iştirakdan Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini qlobal və regional təhlükəsizliyin təmin edilməsi, xalqlar arasında əməkdaşlıq və etimadın möhkəmləndirilməsi problemlərinə cəlb etmək üçün istifadə edir.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlər uğurla inkişaf edir

Hazırda müxtəlif beynəlxalq təşkilatlarla Azərbaycan əməkdaşlığını uğurla davam etdirir. Bura Şanxay Əməkdaşlıq Təşkilatı da daxildir. Elə Şanxay Əməkdaşlıq Təşkilatı da bu gün Azərbaycanla əməkdaşlığın inkişafında olduqca maraqlı tərəfdir. Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı bu məqama toxunan prezident İlham Əliyev qeyd edib: “Azərbaycan ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib”.

Bu arada qeyd edək ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin daha da dərinləşməsi gözlənilir. Ümumiyyətlə, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dövlətləri ilə münasibətlərin növbəti mərhələsinə keçməyi planlaşdırır. Bunda qurum özü də maraqlıdır. Azərbaycan lideri İlham Əliyevin Astanada keçirilən sammitə fəxri qonaq kimi dəvət olunması da bunu göstərir. Xatırladaq ki, 23 il əvvəl yaradılan Şanxay Əməkdaşlıq Təşkilatı regional əməkdaşlıq forumu statusuna malik olmaqla 9 üzv (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) dövlətlərini özündə birləşdirir. Təşkilata üzv olan dövlətlər qlobal nominal ÜDM-in 20 faizdən çoxunu formalaşdırırlar. Dünya neft ehtiyatlarının 20, qaz rezervlərinin isə 44 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Dünya əhalisinin 40 faizinin məskunlaşdığı təşkilat dövlətlərinin qlobal iqtisadiyyatdakı payı hər il daha da atmaqdadır. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Son 8 ildə Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın güclənməsi müşahidə olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra regionda formalaşan yeni düzən fonunda ölkəmizlə əməkdaşlığın genişləndirilməsi təşkilatın da regional maraqlarına uyğundur. Belə ki, Azərbaycan regional və bölgəni əhatə edən beynəlxalq layihələrin, o cümlədən nəqliyyat dəhlizlərinin uğurla icrasında və genişləndirilməsində xüsusi töhfəyə malik olan dövlətlərdəndir. Elə bu fonda Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin bundan sonra daha da dərinləşməsi gözlənilir və bu, bütün tərəflərin maraqlarına uyğundur.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031