Qırğızıstanda çevriliş cəhdi - çox sayda adam həbs edildi...
Əvvəllər vətəndaş iğtişaşlarının tez-tez baş verdiyi Qırğızıstanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Qeyd dilib ki, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və konstitusiya quruluşunun qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hakimiyyəti zorla ələ keçirməyi və vətəndaşların ölümü ilə nəticələnən kütləvi iğtişaşlar təşkil edərək ölkədə ictimai-siyasi sabitliyi pozmağı planlaşdıran təxribatçı qrup ifşa edilib.
Bildirilib ki, sözügedən qrupun üzvləri “cinayətkar ideologiyanı dəstəkləyən və eyni zamanda fanatik şəkildə dini ideologiyaya etiqad edən” şəxslərdən ibarət olub.
İğtişaş cəhdinin qarşısının alındığı, çox sayda adamın həbs edildiyi bildirilib. Açıqlamada bildirilib ki, əməliyyat zamanı saxlanan şəxslərin evlərində və avtomobillərində əldəqayırma partlayıcı qurğular, odlu silahlar, döyüş sursatları, radiolar, hüquq-mühafizə orqanlarının geyimləri, pilotsuz uçuş aparatları və qadağan olunmuş nəşrlər aşkar edilib.
TAHİR