Ərdoğan və Əsəd 13 ildən sonra Rusiyada görüşə bilər...
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin 13 ildən sonra yenidən görüşəcəyi gözlənilir. Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, görüş Rusiya, yaxud İraqda və ya Fars körfəzi ölkələrindən birində keçirilə bilər.
Türkiyə və Suriya prezidentlərinin görüşünün sentyabra qədər keçirilməsi nəzərdə tutulur. Görüşün hansı ölkədə keçiriləcəyi isə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra dəqiqləşəcək.
Qeyd olunub ki, görüşdən əvvəl iki ölkə hərbi, siyasi, iqtisadi, terrorizm və qaçqınlarla bağlı məsələlər üzrə qarşılıqlı komissiyalar yaradacaq.