1 avtomat silahı və 2 tüfəng təhvil götürülüb - DİN-dən AÇIQLAMA
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 4-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 1 avtomat silahı, 2 tüfəng, 1 qumbara, 1 mərmi, 1 patron darağı və 41 müxtəlif çaplı patron aşkar edərək təhvil götürüblər.
Mətləb Salahov