“Azərbaycan ŞƏT ailəsinin mühüm üzvüdür" - Çinli diplomat
Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransı keşirib. Çinli diplomat bəyan edib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mühüm tərəfdaşıdır və Çin ölkənin təşkilat çərçivəsində statusunu yaxşılaşdırmaq istəyini dəstəkləyir.
“Azərbaycan 2016-cı ildə ŞƏT-in tərəfdaşı olub və təşkilat ailəsinin mühüm üzvüdür. Çin Azərbaycanın ŞƏT ilə əməkdaşlığı gücləndirmək istəyini və bu təşkilatda ölkənin hüquqi statusunun yüksəldilməsini dəstəkləyir”, - o bildirib.
D.Tao qeyd edib ki, təşkilatın yaranmasından ötən 23 il ərzində ŞƏT çətin inkişaf yolu keçmiş və ən böyük regional quruma çevrilib: “Qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ŞƏT-ə üzv dövlətlər regional əməkdaşlıq etalonu yaradıblar”.
Mətləb Salahov