Paşinyan rəsmən elan etdi - "Ermənistana yeni konstitusiya lazımdır"
Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə ilə xalqa ünvanladığı təbrik məktubunda ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bir daha bəyan edib. “Ölkəmizin yeni konstitusiyaya ehtiyacı var. Mən konstitusiyanın yeni mətnindən deyil, onun yazılmasının və qəbulunun yeni üsulundan danışıram. Bizə xalqın özü tərəfindən yazıldığına və qəbul olunduğuna inandığı konstitusiya lazımdır”, - deyə Ermənistanın hökumət başçısı bildirib. Onun fikrincə, hazırda ölkə vətəndaşları hesab edirlər ki, konstitusiya onlar tərəfindən deyil, hakim elita tərəfindən yazılmış və qəbul olunmuşdur.
Nikol Paşinyan hələ yanvar ayında Respublika Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə Ermənistanın konstitusiya düzəlişlərinə deyil, yeni konstitusiyaya ehtiyacı olduğunu vurğulayıb. O, bunu dünyada və Cənubi Qafqazda baş verən dəyişikliklərlə izah edib.
Mətləb Salahov