Leyboristlər seçkilərdə qalib gəldi - Keir Starmerdən MESAJ: "dəyişiklik indi başlayır"
Böyük Britaniyada dünən keçirilən Parlament seçkilərində Leyboristlər partiyası qələbə qazanıb. Belə ki, bəzi seçki dairələrinin nəticələri hələ tam açıqlanmasa da, Leyboristlər Partiyası artıq parlamentdə hökuməti qurmaq üçün lazım olan çoxluğu toplaya bilib.
Keir Starmerin liderlik etdiyi partiya indiyədək parlamentdəki 650 nəfərlik yerdən 392-sini qazanıb. Mühafizəkarlar Partiyası isə 101 yerə sahibdir. Liberal Demokratlar isə 60 nəfərlik yerə yiyələnib. 58 seçki dairəsinin nəticəsi hələ açıqlanmayıb.
Ölkənin yeni Baş naziri olacaq Keir Starmer isə tərəfdarlarına qısa mesaj ünvanlayıb: "Biz bunu etdik, siz bunun üçün kampaniya apardınız, bunun üçün mübarizə apardınız, səs verdiniz və indi o an gəlib çatdı, dəyişiklik indi başlayır".
Mətləb Salahov