Messi penaltini qaçırdı, Argentina millisi yarımfinala yüksəldi
![Image](/uploads/posts/2024-07/1720156509159323831_1200x630.webp)
Futbol üzrə Amerika Kubokunda (“Copa America”) ilk yarımfinalçı müəyyənləşib. 1/4 finalda Argentina Ekvadorla oyunda adını növbəti mərhələyə yazdırıb. Hərçənd matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə olunan vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət olunub. Burada daha dəqiq oynuyan argentinalılar 4:2 hesablı qələbəyə sevinblər. Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi penaltilər seriyasında fərqlənə bilməyib.
Mətləb