Türkiyənin 16 bölgəsində İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mətbuata açıqlamasında bildirib ki, ölkənin 16 vilayətində İŞİD terror qruplaşmasına qarşı “Bozdağan-48” əməliyyatı keçirilib. Nazir diqqətə çatdırıb ki əməliyyat nəticəsində 45 şübhəli saxlanılıb.
Onlardan xeyli miqdarda xarici valyuta və türk lirəsi, eləcə də çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Mətləb Salahov