Salyanda iki avtomobil toqquşub
![Image](/uploads/posts/2024-07/3eade170-0abc-36df-9471-59602e2e8796_850.webp)
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. İki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü İbrahimzadə Seyidəmir Xaliq oğlu və onun həmyaşıdı Nəcəfov Nadir Tahir oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.
Mətləb