Bu gün Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti başlayır
İyulun 5-6-daTürk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə Şuşada sammit baş tutacaq. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri iştirak edəcəklər.
Şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi bir hadisədir. Bu azad olunmuş ərazilərdə keçiriləcək ilk beynəlxalq səviyyəli sammitdir. Şuşaya və işğaldan azad edilən digər bölgələrə müxtəlif ölkələrin liderləri ayrı-ayrılıqda belə səfərlər ediblər. Lakin bu mühüm regional, iqtisadi, siyasi məsələlərin müzakirə ediləcəyi sammit ölkə tarixində özünəməxsus yer tutur. Zirvə görüşü hər şeydən öncə azad olunmuş ərazilərdə qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividendlər vəd edir. Yəni bu tədbirin Azərbaycanın və bütün türk dünyasının ən mühüm simvolik mərkəzlərindən biri olan Şuşada keçirilməsi həm bütün dünyaya bir mesaj, həm güc nümayişi, həm də həmrəylik əlamətidir.
TDT sammitinin məhz Şuşada keçirilməsi Prezident İlham Əliyevin uzaqgörən və dərin strategiyasının tərkib hissəsidir. TDT-nin Şuşa sammitini ümumilikdə türk dünyasının zəfər sammiti də adlandırmaq olar və bu, təşkilatın perspektivi üçün əhəmiyyətlidir. Bu sammit Türk dünyasının məhz Şuşada – Qarabağda daha sıx birləşməsinə, türk coğrafiyasında inteqrasiyanın daha da dərinləşməsinə təkan verəcək.
Mətləb