Bayden və Netanyahu Qəzzada atəşkəsi müzakirə ediblər
ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunması səylərini müzakirə edib. Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Telefon danışığı zamanı Bayden Netanyahunun ABŞ, Qətər və Misirdən olan vasitəçilərə razılaşmanı müzakirə etmək üçün səlahiyyət vermək qərarını alqışlayıb.
Prezident və baş nazir ABŞ-İsrail idarələrarası strateji məsləhət qrupunun növbəti iclasının iyulun 15-də keçirilməsi barədə razılığa gəliblər.
Mətləb Salahov