Putin net mesaj – Ukraynanın addımlarından əmin olmadan, atəşkəs olmayacaq...
Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukraynanın atacağı addımlardan əmin olmadan və razılığa gəlmədən atəşkəs olmayacaq.
Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısından sonra Rusiya mətbuatının suallarını cavablandıran Putin deyib ki Ukrayna ilə danışıqları rədd etmirlər: "Problem ondadır ki, münaqişəni vasitəçilərin köməyi ilə və yalnız onların vasitəsi ilə həll etmək mənə mümkün görünmür. Hər şeydən əvvəla bir vasitəçinin yekun sənədləri imzalamaq səlahiyyətinə malik olacağı mümkün deyil...
Kim vasitəçilərə son nöqtəni qoymaq və bu çıxılmaz vəziyyətə son vermək səlahiyyətini verə bilər? Məncə, bu, mümkün deyil".
Ukrayna tərəfinin razılaşma yolunda addımlar atmalı olduğunu vurğulayan Putin qeyd edib ki, bu addımlar Rusiya üçün uyğun olmalıdır. “Razılaşma olmadan atəşkəsə nail olmaq mümkün deyil. Ukraynanın atacağı addımlardan əmin olmadan atəşkəs əldə edilə bilməz" – Rusiya lideri deyib.
TAHİR