Berlinin Ukraynaya silah yardımı almanları ayağa qaldırdı - Ukrayna xalqına silah yox, sülh lazımdır...
Berlində Ukraynaya silah verilməsi əleyhinə mitinq keçirilib. Mitinqin təşkilatçıları Solçu Partiyanın keçmiş üzvü Sara Vaqenknext və Almaniya İctimai Yayım Şirkətinin keçmiş müxbiri Qabriele Krone-Şmalts olub.
Polisin məlumatına görə, aksiyada 7 min insan iştirak edib. Təşkilatçılar isə nümayişə 20 min vətəndaşın qatıldığını bildirirlər.
Sara Vaqenknext mitinqdə çıxışı zamanı dediyinə görə, “Ukrayna xalqına silah yox, sülh lazımdır və bunun üçün danışıqlar lazımdır”. O, hazırkı Almaniya hökumətini Ukraynaya hərbi dəstəyə görə tənqid edib və Almaniyanın müdafiə naziri Boris Pistoriusu “müharibə naziri” adlandırıb.
Mitinq iştirakçıları Şimali Atlantika Alyansını da tənqid ediblər, onların fikrincə, o, “verdiyi vədləri yerinə yetirə bilməyib”. Fəalların fikrincə, Ukraynadakı müharibəyə diplomatik yolla son qoyulmalı, Almaniya öz müdafiə qabiliyyətinin gücləndirilməsinin qayğısına qalmalıdır.