ABŞ-da Baydenin reytinqi sürətlə düşür - Tramp yüksəlir...
“Politico”nun məlumatına görə, ABŞ-ın hazırkı prezidenti Co Baydenin reytinqi düşməkdə davam edir. Nüfuzlu “Enbisi” nəşri bu həftə keçirdiyi sorğuya əsasən yazır ki, yaşı 35-dən yuxarı olmayan gənc seçicilər arasında Co Baydenin reytinqi 42%, onun əsas rəqibi Donald Trampın reytinqi isə 46%-dir.
“Politico”nun məlumatına görə, Tramp bu ay daha dörd təşkilatın keçirdiyi sosial sorğularda da liderdir.
Bundan əlavə, nəşrin yazdığına əsasən, ABŞ-ın hazırkı prezidentinin işindən narazı olanların sayı da artır. Noyabrda keçirilən sorğuya görə, seçicilərin yalnız 35%-i Baydenin gördüyü işdən razıdır. Eyni zamanda ABŞ-ın keçmiş prezidenti Donald Trampın reytinqi yüksəlir və bu ay onun işindən razı qalanların sayı 47%-ə çatıb.
“Politico”nun məlumatına görə, ümumilikdə noyabrda keçirilən 13 sorğunun nəticələri ABŞ-ın hazırkı prezidentinin reytinqinin əvvəlki sorğularla müqayisədə pisləşdiyini göstərir.
TAHİR