Tramp HƏMAS-ın amerikalıları azad etmədiyinə görə ABŞ hakimiyyətini tənqid etdi - rəhbərliyimizə hörmət yoxdur...
ABŞ prezidentliyinə namizəd Donald Tramp Co Baydenin başçısı olduğu ölkənin hazırkı rəhbərliyini tənqid edib, çünki İsrail və HƏAMAS arasında məhbus mübadiləsi çərçivəsində heç bir amerikalı azad olunmayıb. «Fox News» xəbər verir ki, Trampın sözlərinə görə, bu, ABŞ-a və onun rəhbərliyinə hörmətsizliyin nümayişidir.
"HƏMAS-ın digər ölkələrdən olan insanları sərbəst buraxdığını, lakin hələ heç bir amerikalı girovu geri qaytarmadığını görən oldu? Bunun yalnız bir səbəbi var: ölkəmizə və rəhbərliyimizə heç bir hörmət yoxdur", - Tramp “Truth Social”da yazıb.
O, hadisələrin bu cür inkişafını «Amerika üçün çox kədərli və qaranlıq bir dövr» adlandırdı.
ZÜMRÜD