ABŞ-dan yeni Ukrayna qərarı - 2,3 milyard dollarlıq yardım paketi ayrılacaq
ABŞ tezliklə Ukraynaya 2,3 milyard dollar məbləğində yeni yardım paketi ayıracaq. Bu barədə Müdafiə Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Pentaqonda müdafiə katibi Lloyd Ostinlə Ukraynanın müdafiə naziri Rustem Umerov arasında görüş keçirilib. Görüşdə Pentaqon rəhbəri ABŞ-nin Ukraynaya dəstəyi davam etdirmək prinsipinə tam sadiq olduğunu qeyd edib.
Məlumatda o da qeyd olunur ki, yeni paketə Ukrayna şəhərlərini və mülki əhalisini qorumaq üçün təcili ehtiyac duyulan hava hücumundan müdafiə vasitələri, o cümlədən artilleriya və tank əleyhinə silahlar daxildir.
Mətləb Salahov