Ukrayna Orbanın atəşkəs planını rədd etdi - bizim bir yolumuz var...
Macarıstanın baş naziri Viktor Orban Kiyevdə Ukrayna lideri Vladimir Zelenski ilə görüşüb. Görüşdən sonra verdiyi açıqlamada Orban bildirib ki, o, Rusiya ilə danışıqlara başlamaq üçün Zelenskidən atəşkəs ideyasını nəzərdən keçirməyi xahiş edib.
Orban həmçinin mümkün atəşkəsin danışıqlar prosesini sürətləndirəcəyinİ deyib. Ancaq maraqlıdır ki, Zelenski görüşdən sonra keçirilən mətbuat konfransında atəşkəs məsələsinə toxunmayıb.
Ukrayna rəsmisi İqor Yovkva isə Zelenskinin Orbanın təklif etdiyi atəşkəs planını qəbul etməyəcəyini bildirib. Yovkva Macarıstanın belə təkliflər irəli sürən ilk ölkə olmadığını qeyd edib: "Ukrayna prezidenti həmsöhbətini dinlədi, lakin cavabında aydın, başa düşülən və məlum mövqeyini bildirdi. Ukrayna həqiqətən sülh istəyir və bizim bir yolumuz var: birinci sülh sammitini keçirdik, ikincisinə hazırlaşırıq”.
TAHİR