Astanada Prezident İlham Əliyevlə Putin arasında görüş olacaq...
İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada sammitinin rəsmi açılışından bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.
Qeyd edək ki, ŞƏT-in Zirvə toplantısı iyulun 4-də Qazaxıstanın sədrliyi ilə keçiriləcək.
Tədbir ilk dəfə olaraq “ŞƏT-ə üzv dövlətlərin rəhbərləri şurasının iclası” və “ŞƏT Plus” görüşü formatında keçiriləcək.
Dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini, eləcə də aktual beynəlxalq və regional problemlərin həllini daha da gücləndirəcək geniş spektrli məsələləri nəzərdən keçirəcəklər.