KÖHNƏ VERSİYA            

Makron Fransanı qarşıdurmaya saldı...

Image

Fransada ifrat sağçıların güclənən mövqeyi fonunda Emmanuel Makron iqtidarının gələcəyi ilə bağlı getdikcə daha maraqlı proqnozlar səslənir. 

Birləşmiş Ştatların nüfuzlu “Politico” nəşrində “Makronun dövrü başa çatdı. Le Peni kimsə dayandıra biləcəkmi?” sərlövhəli məqalədə  Fransada parlament seçkilərinin birinci turundan sonra Emmanuel Makronun bütün qüvvələri ifrat sağçıların qarşısının alınmasına səfərbər etmək və ya öz hərəkatından qalanı xilas etməyə çalışmaq kimi son dərəcə ağrılı seçim qarşısında qaldığı vurğulanır: “Bazar günü keçirilən parlament seçkilərinin birinci turu Fransanın 46 yaşlı lideri üçün alçaldıcı oldu və onun yeddi il əvvəl yeni, autsayder siyasətçidən prezidentliyə yüksəlişi qədər heyrətamiz hadisəyə çevrildi”.

Nəşr xatırladır ki, Makron iyun ayında Avropa Parlamentinə keçirilən seçkilərdə ultrasağçıların qarşısında uğradığı fəlakətli məğlubiyyətdən sonra növbədənkənar seçkiləri məhz Fransanın ifrata sürüklənməsi prosesini dayandırmaq məqsədilə təyin edib. Lakin o, tamamilə əks nəticə əldə etdi.

Məqalədə qeyd olunur ki, Avropanın ikinci ən böyük iqtisadiyyatı və qitənin yeganə nüvə gücü indi ifrat sağçı hökumətin yaradılmasına həmişəkindən daha yaxındır və səsvermənin birinci turundan sonra Marin Le Penin Milli Birlik Partiyası liderlik edir: “Əgər iyulun 7-nə planlaşdırılan ikinci turda Milli Birlik parlament çoxluğunu qazansa, (bu tamamilə mümkündür), o zaman ölkəni qismən də olsa Avropa İttifaqını parçalamaq, miqrasiyaya qarşı müharibə aparmaq və NATO-nu tərk etmək vədi ilə ad çıxarmış siyasətçilər idarə edəcək... Le Penin partiyası o vaxtdan bəri ən mübahisəli mövqelərini yumşaltsa da, Qərbin əsas siyasi ehkamlarına dərin şübhə ilə yanaşır. Seçkilərdəki qələbə onun 2027-ci ildə Fransa prezidenti seçkilərində qalib gəlmək şansını xeyli gücləndirəcək”. Fransanın “Ipsos” sorğu institutunun apardığı təhlilə görə, Le Penin partiyasının proqnozlaşdırılan nəticələri onu hakimiyyətin astanasına gətirib çıxarıb. İnstitutun məlumatında deyilir ki, onun partiyası birinci turda səslərin 33,2 faizini toplayıb, yəni ifrat sağçılar parlamentdə 230-280 yer qazana bilərlər. Parlamentdə mütləq çoxluq üçün baryer 289 yer olduğundan, ifrat sağçılar hətta bir həftə ərzində Milli Birlik partiyasının rəhbəri Jordan Bardellanın baş nazir olması ilə hökumət qura biləcəklər: “İndi əsas sual ondan ibarətdir ki, kimsə və ya hər hansı bir qüvvə onu dayandıra bilərmi?”. İndilikdə bu mümkün görünmür. İndi Marin Le Penin ifrat sağçı Milli Birlik Partiyası və ultra solçu Yeni Xalq Cəbhəsi koalisiyası əsas güc mərkəzi kimi önə çıxıb. Mötədil partiyalar ikinci turda revanş üçün bütün imkanlarını səfərbər etməyə çalışacaqlar. Əgər bu nəticə verməsə, o zaman hələ də hakim koalisiyanın yaradılması ilə bağlı danışıqlara ümid var: tarixi təcrübənin göstərdiyi kimi, məhz bu mərhələdə Fransada adətən hakimiyyətin kimdə olacağı məsələsi həll olunur. Koalisiya danışıqları nəticəsində seçkilərin qalibi istəyinə nail olmaya bilər. Makron da buna ümid edir. Lakin mötədil partiyaların heç də hamısı Makrona etibar etmir. Bu səbəbdən Makronun daxil olduğu hakim koalisiyanın yaradılması inandırıcı görünmür. 

Bununla yanaşı, Fransa illərdir ölkənin aktual problemlərini həll edə bilməyən siyasi elitasından narazıdır və buna görə də xalq etiraz olaraq səslərini ifrat mövqedə olanlara  vermək qərarına gəlib. Bu qənaətə bir çox fransız mediası və ekspertləri Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyaya seçkilərin birinci turunun nəticələrini təhlil edərkən gəlir. Fransanın seçki sistemi xüsusi olaraq seçicilər tərəfindən dəstəklənməyən insanların parlamentə daxil olmasının qarşısını almaq üçün nəzərdə tutulub. Ona görə də parlamentə seçkilər qapalı partiya siyahıları ilə deyil, birmandatlı dairələr üzrə iki turda keçirilir. Birincidə, səslərin 50%-dən çoxunu - mütləq çoxluğu toplayan seçilmiş sayılır. Əgər yoxdursa, ikinci tur keçirilir. Orada dairələr üzrə ən azı 12 faiz səs toplayan namizədlər yarışır. Birinci turun nəticələrinə əsasən, Milli Birlik artıq Milli Assambleyada çoxsaylı yer qazanıb. Yeri gəlmişkən, orada seçilənlər arasında Marin Le Penin özü də var. Nəticə etibarı ilə, onun gələcək parlamentdəki fraksiyası, şübhəsiz ki, indiki parlamentdən daha çox olacaq. Le Pen tərəfdarları üçün hər şey yaxşı getsə, onun siyasi düşərgəsi qanunverici orqanda ən böyük fraksiya olacaq. Daxili İşlər Nazirliyinin yaydığı məlumatlara görə, Milli Birlikdən sonra ikinci yerdə 27,99% səslə Yeni Xalq Cəbhəsi qərarlaşıb. Ultra solçular üçün bu çox yaxşı nəticə, həm də Le Pen tərəfdarlarının artan populyarlığının bir növ sübutudur. Fəth olunmamış Fransanı, Avropa-Ekologiya-Yaşıllar ittifaqını, Sosialist və Kommunist partiyalarını birləşdirən Yeni Xalq Cəbhəsi seçkilər öncəsi elan edilmiş məqsədlə ifrat sağçıların hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə yaradılmışdı. Amma indi vəziyyət dəyişir. Onların yeni siyasi ulduzu var - Milli Assambleyanın üzvü Fransua Ruffin. Onun təşəbbüsü ilə Yeni Xalq Cəbhəsi yaradılıb. Hakimiyyətə gəlincə, ilk turda üçüncü yer, əlbəttə ki, Emmanuel Makronun ümid etdiyi şey deyil. Fransızlar Avropa Parlamentinə seçkilərdə olduğu kimi yenə də onu dəstəkləməkdən imtina etdilər. Bu nəticə, çox vaxt olduğu kimi, ultrasağların daha çox nizam-intizamı və seçicilərin laqeydliyi ilə izah edilə bilməz. Bu seçkidə fəallıq qeyri-adi dərəcədə yüksək idi. 65%-i keçib. Sonuncu dəfə belə hal 1997-ci ildə baş vermişdi, o zaman seçicilərin 68 faizi seçki məntəqələrinə getmişdi. Bu, Fransa siyasətinin iki "ağır çəkilisi" - qollist Jak Şirak və sosialist Lionel Jospin arasında döyüş vaxtı idi. Onların hər ikisi qarşıdurma ritorikasından fəal şəkildə istifadə edirdi, lakin yenə də öz rəqiblərini mütləq şər şeytanı kimi göstərmirdilər. İndi isə əksinə, seçki iştirakçıları rəqib qalib gələcəyi təqdirdə baş verə biləcək ən pis hadisələrin qarşısını almaq üçün çağırışlarla seçiciləri səfərbər etməyə çalışırlar. Bu, Fransada Makron üzündən siyasi qarşıdurmanın yaranması ilə nəticələnir.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031