KÖHNƏ VERSİYA            

Bakının elektromobil bazarını hansı ölkə tutacaq - benzin və dizelin yeni qiymətindən sonra...

Image

Akif Nəsirli: “Azərbaycan bazarını daha çox Çin və Koreya istehsalı olan elektromobillər tuta bilər”

Məlum olduğu kimi, Tarif Şurasının qərarı ilə Azərbaycanda avro-5 standartları ilə istehsal olunan benzin və dizelin qiyməti tənzimləndi.

İndiyə qədər aparılan araşdırmalar və ekspert rəyləri təsdiq edir ki, ekologiyanın, ətraf mühitin çirklənməsinin böyük bir hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir.

Məhz atmosferin çirkləndirilməsinin qarşısının alınmasında əsas vasitə kimi elektromobillər gündəmə gəlib. Bu gün dünya ölkələri problemdən qurtulma yolunu elektromobillərə keçiddə görür. 

Təbii ki, Azərbaycanda da elektromobillərə keçid əsas hədəflərdən biridir və bu istiqamətdə proses xeyli müddətdir başlayıb. 

Statistikaya görə, artıq əksər ölkələrdə Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun.

Aİ-də benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən mümkün olmayacaq. 

Araşdırmalara görə, artıq bir sıra ölkələrdə Aİ-92 markalı benzin istifadə olunmur.

Artıq qlobal səviyyədə böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib. 

Nəqliyyat emissiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün yanacağın da keyfiyyətinin artırılmasına zərurət var. Bu baxımdan avro-5 müasir standartlara uyğun hesab edilir.

Ekoloji tələblərə uyğun olaraq, Azərbaycanda avro-5 ekoloji standartına uyğun yanacaq istehsalına başlanılıb. Avro-5 standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə tullantıları azaldır, mühərrikdə korroziya ehtimalı aşağı düşür, yanacaq istehlakını azaldır.  

Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. 

Qiymət dəyişikliyi yanacağa qənaət edən hibrid, elektrik və CNG (sıxılmış təbii qaz) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. 

Bakının elektromobil bazarını hansı ölkə tutacaq?

“Hesab edirəm ki, cəmiyyətdə elektromobillərin təbliğini genişləndirmək lazımdır” 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində “Azərbaycan bazarında ən çox populyar olan Almaniya, Amerika, Yaponya, Çin, Koreya avtomobilləridir. Elektromobillərin istehsalı üzrə öndə gedən ölkələr ABŞ, Koreya və Çindir. Ən yüksək keyfiyyətli və eyni zamanda baha qiymətli elektromobillər ABŞ-dadır. ABŞ şirkətlərinin Azərbaycan bazarını daha çox tutmaq imkanları yoxdur. Çünki onların avtomobilləri keyfiyyətli olsa da, uzun məsafə qət etsə də, Azərbaycan bazarında onun alıcısı azdır. Elektromobillərin də köhnələri yoxdur, ikinci əl elektromobil hələ bazarda çox cüzidir. Ona görə də ABŞ şirkətlərinin Azərbaycan bazarını tutmaq ehtimalı azdır. Qiymətlərə görə bizim bazarın tələbatına ən çox uyğun gələn Çin və Koreya, nisbətən də Almaniya şirkətləridir. Məsələ burasındadır ki, Almaniya demək olar ki, hələ elektromobilləri bazara çıxarmayıb.   Ona görə də, Azərbaycan bazarını daha çox Çin və Koreya istehsalı olan elektromobillər tuta bilər. Yaponiyanın da elektromobilləri var, amma onlar da çox baha başa gəlir”-deyə bildirdi.

A.Nəsirliyə görə, bu səbəbdən də Azərbaycan bazarını bu iki ölkənin şirkətləri tuta bilər. A.Nəsirli qeyd etdi ki, Yaponyanın “Toyota Prius”ları Azərbaycanda polulyardır. Onun sözlərinə görə, amma məsələ burasındadır ki, bu maşınların keyfiyyəti elə də yuxarı deyil, istismar müddəti qısadır.     

Ekspert hesab edir ki, bu gün bütün dünyada elektromobillərə keçidə böyük ehtiyac var və bu istiqamətdə proses sürətlə gedir. Onun sözlərinə görə, Azərbaycanda da elektromobillərə sürətlə keçid edilməsi zərurətdir.  A.Nəsirli hesab edir ki, benzin və dizelin yeni qiymətləri ölkədə elektromobillərə marağı kütləvi şəkildə artıracaq, bu amil də ekologiyanın təmizlənməsinə xidmət edəcək.

“Ataların bir misalını xatırlatmaq istəyirəm: “Hər zərərdə bir xeyir var”. Yəni bu gün Azərbaycanda populyar avtomobil yanacaqları olan A-92 və kənd təsərrüfatında istifadə edilən dizel yanacaqları bahalaşıb. Bu, sözsüz ki, müxtəlif istiqamətlərə öz mənfi təsirini göstərəcək. Ancaq bunun bəzi sahələrə xeyri var, bir sıra istiqamətləri stimullaşdırır. Məsələn, bu proses ölkəyə benzinlə işləməyən elektromobillərin idxalını stimullaşdırır. Yəni dizel və benzinlə işləyən avtomobili olan şəxs hesab edir ki, yanacaq ildən-ilə bahalaşır, bu onun gəlirlərinə mənfi təsir göstərir, bu halda benzinlə işləyən avtomobilini elektromobilə dəyişəcək. Hazırda ölkə bu cür düşünən xeyli sürücü var.

Elektromobillər ənənəvi avtomobillərdən bir qədər baha olsa da, amma ona keçid zəruridir. Vətəndaşın elektromobilləri kreditlə də, nağd pulla da əldə etməsi mümkündür. Burada bir üstünlük də odur ki, elektromobillər idxal rüsumundan azaddır. Bu da stimullaşdırıcı bir amildir”-deyən A.Nəsirli qeyd etdi ki, hazırda Bakıda ənənəvi mühərrikli avtomobili olan sürücülərin təxminən 15-20 faizi bu addımı atmaq imkanına malikdir. 

A.Nəsirli hesab edir ki, elektromobilə keçid yalnız vətəndaşın şəxsi büdcəsinə müsbət təsir etmir, bunun həm də ictimai baxımdan əhəmiyyət var. A.Nəsirli qeyd etdi ki, ənənəvi yanacaqla işləyən avtomobillər havaya ətraf mühitə mənvi təsir edən zərərli qazlar atır: “Elektromobillərə keçid edənlərin sayı nə qədər olarsa ənənəvi avtomobillərdən dolayı atmosferə atılan zərərli qazın faizi də o qədər azalar. Öz ənənəvi yanacaqla işləyən avtomobilini elektromobillərə dəyişənlər həm də cəmiyyətimizə, ətraf mühitə, ekologiyaya, bir sözlə, bütün dünyaya bir töhfə vermiş olur. Hesab edirəm ki, cəmiyyətdə elektromobillərin təbliğini genişləndirmək lazımdır. Bu elektromobillərin avtomobil parkında xüsusi çəkisi artdıqca ölkədə yanacağa, benzinə və dizelə tələbat azalacaq”-deyə müsahibimiz əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031