Şahramanyanın narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olduğu ortaya çıxdı...
Ermənistana qaçan keçmiş separatçı rejimin sonuncu "başçısı" Samvel Şahramanyanın avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başladılan cinayət işi çərçivəsində müsadirə edilib.
"Sputnik Ermənistan" yazır ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.
Xatırladaq ki, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı "nümayəndəliyi"nin darvazasını sındırıb, Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə etmişdilər.
ZÜMRÜD