Almaniya kansleri nasizm qurbanı olan polşalılara təzminat ödəməyi qəbul edir...
Almaniya Kansleri Olaf Şolts Varşavaya səfəri zamanı nasist rejiminin əlindən sağ qurtaran polşalılara təzminat ödəniləcəyini açıqlayacaq.
“Politico” nəşri yazır ki, Almaniya kansleri Olaf Şolts iyulun 2-də Varşavaya səfəri zamanı iki ölkə arasında münasibətlərinin yaxşılaşdırılması üçün tədbirləri, o cümlədən nasist cinayətlərindən əziyyət çəkmiş polşalılara təzminat ödəniləcəyini elan edəcək.
Almaniyanın müxalif Xristian Demokrat İttifaqı partiyasının baş katibi Pol Tsimyak kompensasiyanın Polşada nasist rejiminin fəaliyyətindən zərər çəkənlərə və hazırda yaxşı tibbi sığortası olmayan yoxsul insanlara veriləcəyini bildirib.
Yüksəkvəzifəli məmurun sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlıq kanslerin səfəri zamanı Berlin və Varşava arasında məsləhətləşmələrin əsas mövzusu olacaq.
ZÜMRÜD