Rusiya Estoniyaya nota verdi
Rusiyanın Tallindəki səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərərək Sovet əsgərlərinin dəfn yerlərinin köçürülməsini dayandırmağa çağırıb.
Trend xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
"Səfirlik Saaremaa adasındakı Tehumardi kəndində məzar daşlarının sökülməsi və onların altında basdırılmış Qırmızı Ordu əsgərlərinin qalıqlarının planlaşdırılan ekshümasiyası ilə əlaqədar öz kəskin etirazını bildirir", - məlumatda deyilir.
Qeyd olunub ki, Rusiya tərəfi Estoniya Xarici İşlər Nazirliyinə nota göndərərək bu tədbirləri, eləcə də Sovet hərbi memorial irsinin məhvini dayandırmağa çağırıb.