AVRO-2024: Bu gün daha iki 1/4 finalçının adına aydınlıq gələcək
![Image](/uploads/posts/2024-07/9d23a0f3-c376-356e-ba69-3b2807d251c4_850.webp)
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün 1/8 final oyunlarına yekun vurulacaq. Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki "Alyans Arena"da keçiriləcək.
Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Leyptsiq şəhərindəki "Red Bull Arena"da reallaşacaq.
Mətləb