Bu ölkə Ukraynaya 24 ədəd "F-16" qırıcısı göndərəcək
![Image](/uploads/posts/2024-07/c6cc5fb0-f386-3225-b1b0-17134b43f586_850.webp)
Niderland Ukraynaya 24 ədəd "F-16" qırıcısı ixrac edəcək. Xarici medianın yazdığına görə, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren bildirib. İxracla bağlı qərar iyunun 19-da verilib. Bununla yanaşı, Ukraynaya yeddi "F-16" təyyarə mühərriki ixrac ediləcək.
Qeyd edək ki, ukraynalı pilotlar ötən ildən bir neçə ölkədə F-16-ları idarə etmək üçün təlimləri davam etdirirlər. Ukrayna bu yay ilk qırıcıları qəbul etməlidir.
Mətləb Salahov