Makronun yarıtmaz siyasəti Almaniyanı da məyus etdi - ifrat sağçıların qələbəsi hər kəsi sarsıtdı...
Fransada ifrat sağçıların qələbəsi hər kəsi sarsıtdı. Bunu Almaniyanın xarici işlər naziri Analena Berbok deyib.
O, bildirib ki demokratik ölkədə seçkilər seçicilərin əlindədir, ona görə də biz kənardan müdaxilə etmirik və şərh verməyəcəyik, lakin bu hər kəsi sarsıtdı. "Məsələn, bizim ölkədə və ya ən yaxın tərəfdaşımız olan ölkədə problem hesab edən bir partiyanın Avropa seçkilərində xeyli irəlidə olması, heç kimi biganə qoya bilməz”- deyə Berbok bildirib.
Qeyd edək ki, “exit-poll”un nəticələrinə əsasən, Fransanın növbədənkənar parlament seçkilərinin birinci turunda Marin Le Penin ifrat sağçı partiyası 34% səslə liderdir. Solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 28,1 faizlə ikinci yeri tutur, prezident Emmanuel Makronun mərkəzçi alyansı isə səslərin 20,3 faizini qazanıb. Respublikaçılara gəlincə, “exit-poll”un nəticələrinə əsasən, onlar səslərin 10,2 faizini qazanıblar.
TAHİR