Tramp ABŞ Ali Məhkəməsindən toxunulmazlıq aldı...
Ali Məhkəmə sabiq prezident Donald Trampa rəsmi hərəkətlərinə görə cinayət təqibindən mütləq toxunulmazlıq verib. Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin qərarına əsasən, mütləq toxunulmazlıq eks-prezidentlərə prezident olduqları dövrdə həyata keçirdikləri bütün rəsmi hərəkətlərə görə şamil edilir. Hərçənd, toxunulmazlıq qeyri-rəsmi, şəxsi xarakterli hərəkətlərə şamil edilmir.
“Prezident qeyri-rəsmi hərəkətlərə görə toxunulmazlıqdan istifadə edə bilməz və prezidentin etdiyi hər şey rəsmi hərəkət deyil. Prezident qanundan üstün deyil” – Ali Məhkəmənin baş hakimi Con Roberts bildirib.
Ali Məhkəmənin altı səs lehinə, üç səs əleyhinə qəbul etdiyi qərara əsasən, aşağı instansiyanın məhkəmələri prezidentin rəsmi və qeyri-rəsmi hərəkətlərini özləri ayırmalı olacaqlar.
Ali Məhkəmənin qəbul etdiyi qərara münasibət bildirən Tramp isə amerikalı olmaqdan qürur duyduğunu deyib. “Konstitusiyamız və demokratiyamız üçün böyük qələbə. Mən amerikalı olmaqdan qürur duyuram” – Tramp sosial şəbəkədə yazıb.
TAHİR