“Freedom House” yenə Azərbaycana böhtan atdı - bir milyona yaxın azərbaycanlını isə "görmədi"...
Artıq uzun müddətdir özünü radikal erməni diasporunun muzdlu carçısına çevirmiş “Freedom House” 2024-cü il iyulun 1-də növbəti anti-Azərbaycan hesabat dərc edib. Hesabatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin Ermənistana köçüb getməsi hüquq pozuntusu kimi qələmə verilir. Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman “Freedom House” təşkilatının sözügedən böhtan xarakterli hesabatı yayması bu qurumun açıq qərəzinin və destruktivliyinin sübutudur.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda deyilir: “Sözügedən hesabatın sifarişçiləri regionda sülhə mane olmaq və ədavəti qızışdırmaq məqsədi güdürlər.
Bir daha geniş ictimaiyyətə xatırladırıq ki, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur və bu təşkilat tamamilə irqçi düşüncəli dairələrin təsirinə düşmüşdür”.
ZÜMRÜD