KÖHNƏ VERSİYA            

Təbəssümün gizlətdikləri

Image

Kəlmələr kəlam kimi olanda ruhun dincəlir, ovqatın təzələnir. Təptəzə olursan. Düşüncən cilalanır. Sözə yanaşmanda dəyişiklik hiss edirsən. Sevinirsən. Sevinc üzünə, gözünə yayılır. Yeni söz, yeni fikir, yeni poetik ifadə düşüncəni zənginləşdirir, səni dəyişdirir. Onu ədəbiyyatın, poeziyanın uğuru sayırsan. Bu sözü işlədənə, bu ifadəni tapana içdən “Eşq olsun!” deyirsən.

Şeirin dayağı sözdür. Fikrin vurğusudur. İfadənin canıdır. Söz şeirə qan verir. Yerinə düşən söz yazıda da, şeirdə də yerini möhkəmləndirir. Əsl şeirdə bir sözü dəyişəndə şeirin nizamı pozulur, ritmi dəyişir, fikir dağılır. 

Sözündən, ifadəsindən tanınan şairlər, ilk cümləsindən tanınan yazıçılar xoşbəxtdirlər. Sən orda varmısan, xoşbəxtlər sırasındamısan?! Bunu yazı, şeir, əsər və zaman göstərir.

İnsanın xarakteri heç də həmişə ən şanlı əməllərlə deyil, hər hansı bir kiçik hərəkətdə, sözdə və ya zarafatda açıla bilər.

Polutarx 

Mən Nəzakət Məmmədovanın şeirlərini ilk bəndindən tanıyıram. Onun şeirə özünəməxsus yanaşması var. Bəzən demək istəmədiklərinə ip ucu verir; bəzən ağrısına sevinc qatır, bəzən göz yaşlarının damlasıyla üstünü örtür gizlətmək istədiklərinin... Amma yığılıb qalanlar onu boğmasın deyə deyir. 

Nəzakət xanımın şeirləri özüylə söhbətdir. Bəzən gizli, bəzən üzü örpəkli, bəzən bir az pafoslu. Yaşadıqları kimi. Şeir doğulduğu kimi təqdim olunur. 

Nəzakət xanımın şeirləri onun baxışlarıdır. Görənlər üçün görünən, görməyənlər üçün gizli, müəmmalı... 

Onun şeirlərində başqalarının acısından doğan bir ağrı da var. Bəlkə, Yaradan onu bunları yaşamaq və yazmaq üçün dünyaya gətirib. O, ağrıları maqnit kimi özünə çəkir. Təbəssümü üzünü örtdüyü ağrıları.

Rəssamlardan biri yazırdı ki, sərgidəki rəsmlərim mənim içimin çılpaq görüntülərimdir. Şairin şeirləri də elədir. 

Nəzakət Məmmədova şeirlərində səmimidir. Onun təsvirdən gizlətmək istədikləri bəzən fikrin ağrısının altından boylanır. Demək istədikləri səssiz pıçıltılardır. Şeir, əslində duyanlar üçündür. Şeirdən hərə özünə lazım olanı götürür. Axtardığını tapır.

Nəzakət xanımın şeirlərində həsrət və vətən dərdi, onun ağrıları Vətənə, torpağa olan sevgisindən doğur. O, hər şəhid anasını, şəhid yoldaşını, qaçqını, köçkünü bağrına basanda, sanki Vətəni, Torpağı, Şəhidi bağrına basır, həsrətini ovudur. Şəhid anaları ilə hər görüşdə bu təbəssümlü insanın üzünün ifadəsində anların çəkdikləri sətir-sətir oxunur. Çıxışlarında da şəhidlərlə danışırmış kimi boğula-boğula danışan, başdan-başa Vətən olan İnsan-Ana-Nəzakət Məmmədova şeirlərində də elədir.

Göyləri titrədir ahı-naləsi, 

Ana layla deyir qəbir daşına.

Hər gün qucaqlayıb soyuq məzarı, 

Sanki gəlib keçir beşik başına.

Həzin layla çalır qəbir daşına.

Şeir yazanlar həyatın zəhərli dodaqlarından bal çəkənlərdir. 

Villiam Rose Benet

Parçalanan, bölünən, dağıdılan, viran qoyulan Vətənin ağrılarına dözə bilməyən həssas qəlbli şairin ağrıları başa düşüləndir.

Ananın harayı dərdin səsidir.

Tanrı dərgahında uca sayılan 

Oğlunun yetdiyi şəhid zirvəsi, 

Ananın yeganə təsəllisidir.

Bu kövrək qəlbli, ağrıları sətir-sətir, söz-söz yaşayan şair yoxluğun intizarını, doğmalarına sevgisini həssaslıqla verə bilir.

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz. 

Yağsın yerə-yurda, çölə-çəmənə. 

Kaş insan ömrünə qış tələsməsin

Yağmasın qar, yağış insan ömrünə. 

Atasını erkən itirən, uşaqlığını, yeniyetməliyinin mehrini doğmaları olan, təkcə anaya, bacıya bağlayan Nəzakət xanım ağrının və sevginin bağının necə möhkəm olduğunun həssaslığını hər məqamda açıq və gizlin formada deyir, hətta mövzu ilk görünüşdən başqa olsa da.

Nəzakət xanımın bəzi şeirlərində ata nəsihəti, 

 

Qürurum, vüqarım, həm güvənc yerim, 

Əlçatmaz zirvəsən, bir qarlı dağsan.

 

Həyatın ən çətin imtahanından 

Sənin öyüdünlə qalib çıxmışam...

 

ana yaşantıları

 

Göz yaşların yanağının sığalı, 

Qəm-qüssədir qəlb evinin qonağı, 

Ağ saçların qara günün sınağı, 

Tənha qadın, alın yazın beləymiş...

 

bacı sevgisi

 

Düşüb yol gedirəm tale boyunca, 

Hər yanda önümə çıxır bu payız. 

Bacımın ağaran telindən düşür, 

Anamın qəbrindən baxır bu payız.

 

Övlad yanğısı, sevgisi Vətənlə bağlı olanda daha çox hiss olunur

 

Şükür, sənin yanında alnım açıqdır, Vətən.

Həm cəsur, həm qəhrəman oğul böyütmüşəm mən. 

Bir qarış torpaq üçün canını fəda edən, 

Bayrağına, himninə, şərəfinə and içən,

Zabit anasıyam mən!

 

Nəzakət xanımın Vətən sevgisi Azərbaycanla birmir, bu sevgi Türk dünyası boydadır:

 

Türkün qədim diyarısan Əskişəhər, 

Hər daşında tarixinin yaddaşı var. 

Qartalqonmaz uca-uca qalaların 

Neçə-neçə dövrlərin şahididir,

Neçə-neçə zəfərlərin sahibidir. 

Tarixini özü yazan

Möcüzələr şəhərisən, Əskişəhər. 

           ***

O tayın da, bu tayın da adı Vətən, 

Qanqalların arasında gül bitirən, 

Bülbülləri ağı üstə dil-dil ötən,

O da Vətən, bu da Vətən –  Ərdəbilim.

 

Nəzakət xanımın şeirlərində millət sevgisi, 

 

Qışın oğlan çağı yumruğa dönüb, 

Azadlıq eşqinə yol açdı millət.

Döyüldü qapısı qan yaddaşımın, 

Qeyrət kəlməsiylə dil açdı millət.

 

Milli qeyrətimin möhür yeridir, 

Torpaqda ucalan şəhid məzarı.

 

onun müharibə şeirlərində yanğı ilə bərabər qəhrəman, igid oğulların sədası, hayqırtısı və ana həyəcanı, ana qüruru və vətəndaş duyğuları da önə çıxır. 

 

Elə bil səngərtək qazılıb sinəm, 

Qəlbimdə duyğular barıt qoxulu. 

Uğrunda ölməyə hazıram, Vətən! 

Hər misram döyüşən bir əsgər yolu.

 

Dərdinə qısılıb çəkir içini,

Bu yalçın qayalar, mamırlı daşlar. 

Torpağın, ağacın, otun içindən, 

Həmişə bir həsrət cığırı başlar.

 

Ayrlığa, həsrətə dözə bilməyən 

 

Budanıbdı, nə sağım var, nə sol var, 

Məntək dərddə nə ağa var, nə qul var. 

Xan Arazdan Təbrizəcən nə yol var?

 

– deyə soruşan şair yanğının sönəcəyinə, gələcəyinə ümidli olduğunu ifadə edir:

 

Qəzəbini öz içində hörən, gəl, 

Qara başın Babək kimi verən, gəl, 

Koroğlu tək meydanlara girən, gəl, 

Bəlkə, Vətən bağışladı bizləri.

 

İrəvanda gur səsimiz döyünə, 

Qarabağda bayrağımız öyünə, 

Ayaqyalın gedim o toy-düyünə, 

Öpsün Vətən torpağını gözlərim, 

Dəysin vətən torpağına dizlərim.

Parçalanan, bölünən, dağıdılan, viran qoyulan Vətən ağrısına dözə bilməyən şairin ağrıları başa düşüləndir. Vətən sevgisi, itkilər, şəhidlər, məcburi köçkünlük, onların yaşantıları, şəhid ailələrin çəkdikləri ilə hər gün qarşılaşan həssas qəlbli Nəzakət xanım onların hiss və duyğularının şeirlərinə mütləq köçməli idi. 

Yaman narahatdır ruhun, bilirəm, 

Durur qisas günün hələ, şəhidim. 

Torpaq qan içində, düşmən əlində, 

Dağın göz dağıdır elə, şəhidim.

 

Nə qədər ağrın var, ağrınla varam, 

Yaramdı köksünün altdakı yaran.

Sən göydən enəsən, mən burdan duram, 

Gələ zəfər günü, gələ, şəhidim.

Nəzakət xanımın „Qarabağa bahar gəlir, İlahi!” şeiri onun illərlə yığılıb qalan Vətən həsrətinin zəfər sevincidir.

Dalğalanır arzuların bayrağı,

Hər təbəssüm bir ümidin yarpağı, 

Zəfər ətri bürüyübdür torpağı, 

Qarabağa bahar gəlir, İlahi!

 

Ürəklərdə ümid naxış toxuyur, 

Əllər zəfər nəğməsini oxuyur, 

İndi vətən Şuşa ətri qoxuyur, 

Qarabağa bahar gəlir, İlahi!

Onun “Şəhid qızı” şeiri təsəlli ilə bərabər, həm də ağrılarının qoşalaşma ifadəsidir. 

Ağlama, şəhid qızı, 

Dərdin mənə tanışdı... 

Ürəyim paramparca, 

Qəmim naxış-naxışdı...

O, şeirlərini içinin yanğısından keçirən həssas və duyğulu şairdir. 

Sən elə beləsən başdan, əzəldən, 

Bilirəm heç kəsə qalan deyilsən. 

Sonuma gedirəm hey addım-addım, 

Bilirəm, mənim də olan deyilsən.

 

Yaş olub gözündən düşənə kimi, 

Əlindən nə çəkdim, biləydin barı. 

Bir gün üz döndərib, üzündən sənin, 

Çıxıb gedəcəyəm göylərə sarı.

Şəkil çəkmək səssiz poeziyadır, poeziya isə danışan şəkildir. 

Polutarx

Nəzakət xanım da təbəssümün altında gizlənənləri, yaşananları – üzdən vizual görünməyənləri şeiri ilə çatdırır. Qəlbinin şəklini şeirlə çəkir, tablo yaradır. Burda şairlik onu üstələyir.

Rəssam, mənim şəklimi çək, 

Rəngli çəkmə, ağ-qara çək.

Atamı çək, anamı çək, 

Uzaqlardan sənə baxan uşağı çək,

Gözündəki işığı çək, 

Qəlbindəki ümidi çək.. ......

Məni çəkmə, uşağı çək,

Yaddaşında qalanları, 

Ümidini qıranları, 

Həyatın hər üzünü çək...

Yurd. Tez-tez xatırlanan uşaqlıq illəri, ötür-keçən ömür qatarı Nəzakət Məmmədovanın şeirlərində çox kövrəkdir. O, əsərlərində özünü daha dəqiq ifadə edir. 

Dözməkdən bezmişəm, ruhum ağrıyır, 

Həzrəti İsatək sanki dardayam.

Bəxtim yatan yeri tapdım, oturdum, 

O vaxtdan bu vaxta hələ ordayam.

Ruhu, qəlbi təmiz insanın duyğuları da təmizdir. Elə “Qızlar” şeirində olduğu kimi:

Əlçatmaz ən uca qarlı zirvənin 

Bəmbəyaz, ağappaq qarıdı qızlar. 

Bir nəslin qeyrəti, başının tacı, 

Namusu, isməti, arıdı qızlar.

 

Nəzakət xanımın mövzu dairəsi çox genişdir.

 

Pəncərəm açılır qəbristanlığa, 

Gördüyüm mənzərə gözümə batır. 

Məəttəl qalıram uca Tanrıya – 

Alimi cahillə yanaşı yatır.

 

Burda soruşmurlar kimsən, nəçisən, 

Möminsən, canisən, ya dilənçisən. 

Cərgəylə uyuyur sakit qəbirlər, 

Burda heç bilmirsən sən neçəncisən.

Həssas, duyğulu şair şeirlərini içinin yanğısından keçirərək yazır. 

Bütün bunlar Nəzakət xanımın daxili pəncərəsindən baxışdır. Şair, insan baxışı.

Bəli, şair haqqında ən dəqiq fikri onun şeirləri dediyindən yazıda özü başdan-başa şeir olan Nəzakət Məmmədovanın şeirlərinə daha çox yer verildi.

Rəfail Tağızadə
06.06.2024







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031