KÖHNƏ VERSİYA            

İslam Universiteti barədə bu nə xəbərdir?..

Image

Bakı İslam Universitetinin təsisçisi olan Qafqaz Müsəlmanları İdarəsi məzunlara saxta diplom verib və bu, məhkəmə qaydasında sübut olunub.

Hazırda yüzlərlə məzunun təzminat və vurulmuş maddi-mənəvi zərər-ziyana görə Qafqaz Müsəlmanları İdarəsini məhkəməyə verəcəyi gözlənilir. Bu barədə ARX.az saytı məlumat yayıb. 

Qeyd edilir ki, əsasən maddi, sosial durumu ağır olan bu məzunlar illərdir məhkəmə yollarında süründürülür. Bakı İslam Universiteti fəaliyyəti dövründə qanunsuz filiallar açıb, xaricə qanunsuz tələbə göndərib, Azərbaycanın təhsil haqda qanunları ilə yox, İranın qanunları ilə idarə olunub.

“Yəni Azərbaycan dövlətinin təhsil haqda qanunlarına məhəl qoymayıb, lisenziya almayıb, akkreditasiya olmayıb, test üsulu ilə imtahan götürməyib. İranın dini təhsil sisteminə uyğun işləyib. Diplomlarının dövlət nümunəli diplomla əvəzlənməsi üçün mübarizə aparan yüzlərlə məzunun işi ilə bağlı Ali Məhkəmə yekun qərar qəbul edərək, günahkar və cavabdeh tərəfin Təhsil Nazirliyi deyil, Qafqaz Müsəlmanları İdarəsi və Bakı İslam Universiteti olmasını sübut edib.

Təhsil və məhkəmə prosesləri zamanı məzunlara dəymiş milyonlarla manat dəyərində maddi - mənəvi ziyan və illərdir elmi sahədə məhdudiyyətlərlə üzləşdiklərinə görə təzminat üçün məhkəməyə müraciət ediləcək”- deyə bildirilir.

Məzunlar qeyd edib ki, təzyiq və təhdidlərə baxmayaraq qanunla irəliləyəcəklər. “Heç kəs heç kəsin haqqını yeyə bilməz. Bizə olunan bu haqsızlıq mənəvi dəyərlərə, dinə, İslam adına böyük ləkədir. Nə diplomumuzu verdilər, nə də vurduqları ziyanı ödəmək istəyirlər. Bu mübarizədə artıq yaşımız keçsə də geri çəkilən deyilik. Milli, vətənpərvər ruhda olan bizim kimi ilahiyyatçıları məhv edə bilməyəcək xarici maraqlara xidmət edənlər. Biz dövlətimizə, dövlət başçımıza inanırıq və ədalətin bərpa olunmasına əminik. Bizim pullarımızla özlərinə bahalı villalar tikdirib Leksus, Mersedeslər alanlar bu gün kef çəkir, biz isə işsiz, elmi işimizi belə müdafiə edə bilmirik.

Məhkəmə proseslərini davam etdirmək üçün maddi vəziyyətimiz tamamilə ağır olsa da borcla, kreditlə, dilənməklə də olsa davam edəcəyik. Din pərdəsinə girənlər bizim haqqımızı yeyə bilməz” - deyə bir qrup məzun vurğulayıb.

Bəxşeyiş Eyyubov: “2010-cu ildən indiyə qədər heç bir yerdə işlə təmin oluna bilmirəm” 

Bakı İslam Universitetinin məzunlarından biri Bəxşeyiş Eyyubov “Bakı-Xəbər”ə “Bu məsələ ilə bilavasitə əlaqəli olan şəxslərdən biri də mən özüməm. Mənim də məhkəmə prosesim gedib. Mən özüm də Bakı İslam Universitetini bitirmişəm, 5 il oxumuşam, universitet mənə magistr diplomu verib. 

Biz Bakı İnzibati Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməsinə  kassasiya şikayəti verdik. Bu üç məhkəmə qurumunun üçü də təsdiq etdi ki, həqiqətən də Təhsil Nazirliyinin heç bir günahı yoxdur, günahın hamısı Bakı İslam Universitetindədir. 

İlk növbədə Bakı İslam Universitetinin prorektoru Elçin Həsənli ilə danışdıq, Hacı Sabirlə və Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşmək istədiyimizi bildirdik. Təəssüflər olsun ki, nə Hacı Sabirlə, nə də Şeyxlə bizim görüşümüz təyin olunmadı. Bizə dedilər ki, Şeyx xəstədir və görüşə bilməz, bizim müraciətimizdən üç gün sonra isə bir xarici biznesmeni qəbul etdi. Vaxtında Bakı İslam Universitetinin rəhbərliyi ilə danışdıq, rəhbər heyət bilavasitə məzunları, tələbələri dövlətə, Elm və Təhsil Nazirliyinə qarşı yönəldir. Onlar bizə dedilər ki, bizdə günah yoxdur, günah nazirlikdədir. Biz də nazirliyi Bakı İnzibatı məhkəməsinə verdik, məhkəmə təsdiq etdi ki, həqiqətən də burada günahkar Bakı İslam Universitetidir, bu universtetin ölkə qanunlarına tabe olmaması ilə bağlıdır. Məhkəmə qərar qəbul etdi. Bu qərardan apellyasiya şikayəti verdik, bu məhkəmə də eyni təsdiqi verdi və biz yenidən kassasiya şikayəti verdik. Kassasiya şikayətində də təsdiq olundu ki, həqiqətən də universitetin yol verdiyi nöqsanlara, etdiyi qanun pozuntularına görə bu universitetinin məzunları dövlət nümunəli diplomla təmin olunmur.   Ümumilikdə hansısa yolla dövlət nümunəli magistr  diplomu ilə təmin olunub. Amma bu bizə şamil olunmadı, bilavasitə göstərildi ki, universitet saxta filiallar açıb, saxta diplomlar verib. Bununla  məsələlər məhkəmə qərarlarında da öz əksini tapıb. Eyni zamanda Təhsil Nazirliyi məhkəməyə və bizə yazdığı cavabda  bildirir ki, bu universitet həqiqətən də saxta diplomlar və saxta filillar açıb”-deyə bildirdi.

B.Eyyubov bildirir ki, bu məsələdə məzunlar həm maddi, həm də mənəvi ziyan çəkib, günlərlə məhkəmələrdə vaxt itiriblər. Müsahibimiz qeyd edir ki, universitet ən vacib məqamlarda məzunların yanında olmayıb, onların təkrar kassasiya şikayəti verib diplomlarının təsdiqinə nail olmaları üçün vəkil tutmalarına yardım göstərməyib. Onun vurğuladığına görə, hətta məhkəmədə universitetə qarşı müəyyən fikirlər də səsləndirilib ki, siz bu qanunsuzluqlara tabe olmusunuz, lisenziya götürməmisiniz, öz yanınızdan tələbə qəbul etmisiniz, öz yanınızdan diplom vermisiniz və sair.  Bunlar da qanuna qarşıdır. “Səhv etmirəmsə, məhkəmədə Təhsil Nazirliyini Rasim Hüseynov təmsil edirdi. Məlumatımıza görə, uzun müddət İqtisad Məhkəməsinin sədri işləyib. İnzibati məhkəmədən çıxanda biz Rasim müəllimlə Elçin müəllimi üzləşdirdik. Rasim müəllim birbaşa Elçin müəllimə dedi ki, sizin əlinizdə Ədliyyə Nazirliyinin unversitetin açılmasına dair lisenziyasından əlavə hansı sənədləriniz var? Başqa bir sənəd yox idi. 

Mən Ağdam rayonundan keçmiş məcburi köçkünəm. O zaman məcburi köçkün olmağıma baxmayaraq, iki ay təhsil haqqım gecikdiyinə görə hətta məni universitetdən çıxardırdılar. Hacı Sabir özü dedi ki, bu, Şeyxin göstərişidir, mənə deyə bilər indiyə qədər niyə çıxarmamısan. 2005-2006-cı tədris ilinin məzunuyam. Mən gecələr “axran” işləyib gündüzlər dəsrə getmişəm. Bu şəraitdə oxumuşam və məcburi köçkün olduğumu təsdiq edən vəsiqəni təqdim etməyimə baxmayaraq, bunu nəzərə almadılar, dedilər ki, təhsil ödənişlidir və təhsil haqqı ödəməlisiniz, mən də ödəniş etmişəm.

2010-cu ildən indiyə qədər heç bir yerdə işlə təmin oluna bilmirəm. Hətta elmi iş götürüb müdafiə belə edə bilmirik.  Bunu da universitet rəhbərliyinə bildirəndə deyirlər ki, gedin molla olun, siz iştimai işlərlə niyə məşğul olursunuz. Mən 2012-ci ildən qəzet təsis etmişəm. Artıq 2019-cu ildən isə bir neçə portala rəhbərlik edirəm. Yəni bu illər ərzində gördüyümüz ictimai işlər nəzərə alınmır və bizə ancaq “molla olmalısınız” deyilir. Biz onları başa düşə bilmirik. Elmi iş götürüb müdafiə etmək, bu sahə üzrə təhsilimizi artırmaq istəyirik . Heç bir şərait yaradılmır, buna da cavabdeh birbaşa Bakı İslam Universitetidir, universitetin həyata keçirdiyi qanunsuzluqlar və saxta diplom verməsidir”-deyə bildirən B.Eyyubov qeyd etdi ki, Sabir Həsənli Heydər Məscidində imamlıq edir, namaz qılır, başını Allah yolunda möhürə vurur, səcdəyə gedir. “Sadəcə, bizə aydın olmayan bir məsələ var. Həqiqətən də bilmirik ki, onun Allahı hansı Allahdır, o hansı Allaha xidmət edir? Yəni hansı dindədir? Onun dini, məzhəbi artıq bilinmir. Allah yolunda namaz qılan insan başqa insanların haqqında girməməlidir. Dəfələrlə müraciət etməyimizə, rəsmi sorğu verməyimizə baxmayaraq, qanunlara əməl edib nə Bakı İslam Universiteti, nə də QMİ bizə bir bir cavab verib”-deyə  B.Eyyubov qeyd etdi. 

Tural İrfan: “Bu universitetin bəzi sənədlərinin qaydasında olmaması ucbatından verdiyi diplomlar dövlət nümunəli diplom kimi tanınmadı, bu diplomlar qəbul edilmədi” 

İlahiyyatçı ekspert Tural İrfanın da məsələyə mövqeyini öyrəndik. “Məsələ bundadır ki, bu universitetin bəzi sənədlərinin qaydasında olmaması ucbatından verdiyi diplomlar dövlət nümunəli diplom kimi tanınmadı, bu diplomlar qəbul edilmədi. Deyirlər ki, qanun pozuntusu olub. 3700 məzundan təxminən 70-80 nəfər məzun məhkəməyə müraciət etmişdi, Ali məhkəməyə qədər getdilər. Onların hamısına diplomlarının tanınması ilə bağlı imtina verildi. Diplomları tanınmadı. Belə göstərildi ki, həmin universitet fəaliyyət göstərdiyi müddətdə müəyyən nöqsanlara yol verib, Azərbaycan qanunlarının tələblərinə əməl etməyib, imtahanları test üsulu ilə keçirməyib. Bu işə nəzarət edən dövlət orqanları, Təhsil Nazirliyi və başqa qurumlar vardı. Sual olunur, paytaxtın mərkəzində belə bir universitet 30 ilə yaxın fəaliyyət göstərib, ona ayrıca bina tikilib, bu qədər proses baş verib, bəs niyə Təhsil Nazirliyi buna nəzarət etməyib? Bu da məsələnin şübhəli və qaranlıq tərəflərindən biridir. Tələbələri 5 il müddətində əsgərlikdən saxlayıb, təhsil almaq üçün ərəb ölkələrinə tələbələr göndərib, universitetin başqa ali məktəblərlə əlaqələri olub. Amma Bakı İslam Universitetinin verdiyi diplomları tanımadılar. Bu məhkəmələr də diplomların təsdiqi ilə bağlı qərar qəbul etməkdən imtina etdikdən sonra məzunlar çox ciddi problemlərlə üzləşdilər. Bu məzunların işsiz qalmasının, onların çətinliyə düşməsinin qarşısını müəyyən qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aldı. Onlar məzunları işlə təmin edirlər. Amma ali təhsilli şəxslər kimi yox, dini təhsilli bir şəxs kimi işlə təmin olunurlar. Yəni elə bir işlə təmin edilirlər ki, orada mədrəsə diplomu da, universitet diplomu da keçərlidir. Bu adamlar dini təhsil alan şəxslər kimi attestasiyadan keçir, imtahan verir və məscidlərdə işlə təmin edilirlər. Bu sahədə problem yoxdur. Ancaq əsas problem ondan ibarətdir ki, bu məzunların hamısı axundluğa, din xadimliyinə getmək istəmir. Mətbuatda, sosial sahələrdə çalışan məzunlar var. Elmi sahəyə gedənlər var ki, onlar hamısı elmi iş götürmək məsələsində problemlərlə üzləşirlər. Elə mənim tanıdığım 200-ə yaxın məzun var ki, bu problemlə qarşılaşır. Türkiyədə 7-8 ildir təhsil alan məzunlar var, onlar orada alimlik dərəcəsi alıblar, amma bakalvr diplomları tanınmadığı üçün nə elmi dərəcədə irəliləyə bilirlər, nə də işləyə. Yaxud Bakı İslam Universitetinin məzunu olan şəxslərin Elmlər Akademiyasının İlahiyyat İnstitutunda alimlik dərəcəsi almaq üçün elmi iş götürüb işləməsi mümkün deyil. Amma xarici ölkələrdə diplom alıb gəlmiş adamları yaxşı qəbul edirlər, onlar elmi iş də götürürlər, iş də tapırlar. Məsələ burasındadır ki, din xadimliyinə gedənlər üçün heç bir problem yoxdur. Problem elmi, dünyəvi sahəyə getmək istəyənlərlə bağlıdır. Məzunlar istəyir ki, gedib həmin diplomla dövlət qulluğuna imtahan versin və işləsinlər, yaxud ixtisaslarını dəyişsinlər, bunlar heç mümkün deyil”-deyən T.İrfan qeyd etdi ki, bu hüquqi baxımdan vətəndaşın elm almaq hüququn pozulamasıdır. “Məzunlardan yalnız birinə dövlət nümunəli diplom verilib. Burada da kifayət qədər şübhəli məqamlar var. Universiteti məhkəməyə verən məzunların içində yalnız bir nəfərin gerçək diplomu var, onun da hazırda 63 yaşı var. Ona magistr diplomu verilib, o da xəstədir işləmir. Məzunlar arasında 7-8 il məhkəmələrdə sürünənlər, əziyyətlə rayonlardan gəlib burda məhkəmə prosesində iştirak edənlər var.  Amma bu məsələ öz həllini tapmadı”-deyən T.İrfan bildirdi ki, millət vəkillərinə, dövlət qurumlarına müaciət edildi, amma heç bir nəticəsi olmadı, məhkəmələr də məlum qərar verdi. “İndi də təzminatla bağlı məsələ qaldırılıb. Çünki diplom məsələsini birmənalı şəkildə Təhsil Nazirliyi inkar edib, rədd edib. Yəni universitet bu qədər böyük nöqsanlara yol verməsəydi, yəqin məsələnin həlli yolları tapılardı. Məhkəmənin qərarına görə, nöqsanlara yol verildiyi üçün diplomlar tanınmadı.  Bu belə olduqda isə məzunlara təzminat ödənilməlidir. Çünki onlara mənəzi ziyanla yanaşı böyük maddi zərər də dəyib. Bəziləri xaricdə də öz hesabına təhsil alıb. İndi ola bilsin ki, dəyən maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edilsin”-deyə T.İrfan qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031