Sərhəddə Türkiyə-Ermənistan görüşü ləğv edildi... - YENİLƏNDİ
Ankara Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşü ləğv edib. Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-i diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - mənbə iddia edir.
KİV yazır ki, görüşün ləğvi və ya təxirə salınması hələ məlum deyil.
XXX
Türkiyə və Ermənistan nümayəndələri iyulun 2-də sərhəddə görüşəcək. Trend xəbər verir ki, bu barədə Ermənistan KİV diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, görüş Ermənistan-Türkiyə sərhədində, ehtimalla "Marqara" nəzarət buraxılış məntəqəsi yaxınlığında keçiriləcək.
Qeyd edək ki, iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bildirib ki, Türkiyə ilə uzun müddətdir ki, rəsmi görüş olmayıb, lakin yeni görüşün keçiriləcəyi barədə razılaşma var.
Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır.
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi isə Sərdar Kılıçdır.