Metroda oğurluq edən şəxs saxlandı
![Image](/uploads/posts/2024-07/trend_metro_reportaj_120923_16.webp)
Metropolitendə Polis İdarəsinə metro stansiyasında bir nəfərin cibindən içərisində 600 manat, bank kartı və sənədlər olan pulqalbısının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bədəl Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
ZÜMRÜD